04:19 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
14010

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

BAKI, 24 fevral — Sputnik. Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, çarpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyevanın yanaraq öldüyü məlum olub. 

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Əlaqədar

BNA: Bakıda avtobusda yanğın olub
Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər köçürüldü
Paytaxtda başlayan yanğın söndürülüb
Qocalar evində yanğın oldu, ölən var
"Novostroyka"da yanğın: Zəhərlənənlər var, sakinlər təxliyyə olunub
Teqlər:
ölən, Tovuz rayonu, yanğın

Əsas mövzular