03:19 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
245 0 0

Məşhur rusiyalı ifaçı Bakının gözəlliyinə və insanların istedadına valeh olub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində məşhur Rusiya skripkaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Drux konsert verib. İfaçı Sputnik Azərbaycan-a müsahibəsində Bakı ilə ilk tanışlıq, Azərbaycan musiqisinə sevgisinin yaranması və yaradıcılığı barədə danışıb.

- Elina, Bakı ilə tanışlığınız necə keçdi?

— İlk dəfə 2016-cı ildə Bakıda olmuşam və bu şəhəri ilk baxışdan sevmişəm. İndi təyyarədən düşəndən sonra səhər tezdən Bakının mərkəzində dəniz sahili ilə necə getdiyimi, şəhərin valehedici görünüşünə, gözəl mənzərələrinə və gözəl günəşli havasına necə heyran olduğumu xatırlayıram.

- Bakıda Respublika müsabiqəsinin qalibisiz. Bundan necə xəbər tutdunuz və bu, karyeranızda hansı rolu oynadı?

— Tamamilə təsadüfən bildim və iştiraka qərar verdim. Öz-özümə dedim ki, niyə də yox? Mən elə həmin vaxt Bakıda idim. Bu, məni cəlb etdi.

- Azərbaycanlı bəstəkarların yaradıcılığı ilə tanış idiz?

— Belə alındı ki, mən hörmətli Firəngiz Əlizadə və onun musiqisi ilə tanış oldum. Yeri gəlmişkən, məhz onun sayəsində yanvarın 16-da mənim Beynəlxalq Muğam Mərkəzində solo konsertim baş tutdu. Mən belə bir imkana görə ona çox minnətdaram. Bu konsertin proqramında həmkarım — gözəl pianoçu Aslan Aslanovla birlikdə onun yaradıcılığına müraciət edərək "İmpuls"u ifa etdik.

Buna qədər, 2017-ci ilin mayında mən və həmkarlarım Firəngiz xanımın 1993-cü ildə yazdığı və həmin vaxt Amerikanın məşhur "Kronos-Kvartet"inin ifa etdiyi "Muğam Sayağı" kvartetini ifa etmişdik. İlk səsdən heyran edən bu əsəri öyrənmək və ifa etmək çox maraqlı idi. Mən Firəngiz xanımın muğam çalarları ilə zəngin olan bu təkrarsız kompozisiyasından böyük estetik zövq aldım. Onda ürəyin dərinliklərinə təsir etmək gücündə olan əsrarəngiz cazibə var.

- Elina, sizdə musiqiyə bu qədər sevgi haradandır?

— Mənə musiqiçi ailəsində doğulmaq nəsib olub. Elə gətirib ki, uşaqlıqdan musiqini sevməli olmuşam. Skripkanı dünyada hər şeydən çox sevirəm. Valideynlərimə çox minnətdaram ki, mənim musiqi təhsilimə böyük əmək sərf ediblər. Onların özü də musiqiçidirlər — atam bəstəkardır, anam isə pianoçu. Odur ki, mənim və klarnetdə gözəl ifa edən bacımın erkən yaşlardan musiqi ilə məşğul olması kifayət qədər məntiqlidir. Həmçinin sevimli nənəmə də minnətdaram ki, mənə inanır və dəstək verir.

Və əlbəttə ki, mən pedaqoqlarım – Sankt-Peterburqda oxuduğum Rostropoviç adına musiqi məktəbinin müəllimi Smolyanskaya Larisa Moiseyevnaya, Rimski-Korsakov adına kollecin müəllimi Prasnikova Tatyana Dmitriyevnaya minnətdaram. Əlbəttə ki, oxuduğum Peterburq konservatoriyasının gözəl müəllimi, Rusiyanın xalq artisti Mixail Xanonoviç Qantvarqın adını çəkməyə bilmərəm. O, mənim üçün skripkaya sevgi mücəssəməsidir. Mən Mixail Xanonoviçin "Sankt-Peterburq solistləri" ansamblında işləyərək böyük musiqi təcrübəsi toplamışam. Və bu gün də orada işləyirəm və bundan çox məmnunam.

- Hansı müsabiqələrdə iştirak etmisiniz və onların içində hansı həyatınızda önəmli rol oynayıb?

— Mənim müsabiqələrdə təcrübəm nisbətən azdır, ona görə də burada onların hansısa xüsusi rolundan danışmaq çətindir. Onlarda iştirak etmək mənə məşğələlər üçün əlavə stimul, yaxşı motivasiya və özümü yoxlamaq imkanı verir.

- Hazırda müəllimlik də edirsiniz. Gənc həmkarlarınızı necə qiymətləndirirsiniz?

— Qiymətləndirmək çətindir. Düşünürəm ki, öz əməyini yetişməkdə olan nəslə verməlisən, onlara lazım olan informasiya və təcrübəni ötürməlisən. Mənim üçün müəllimlik fəaliyyətində əsas olan şagirdləri incitməmək, onlara yanaşma üsulunu tapmaq, öz təcrübəndən çıxış edərək onları ruhlandırmaq və bu işə sevgini aşılamaqdır.

- Azərbaycanlı həmkarlarınızla əlaqə saxlayırsınız?

— Təəccüblənirəm ki, dünya istedadlı insanlarla doludur. Mən bu müxtəlifliyi sevirəm. Bakıda çoxlu maraqlı yaradıcı insanlarla, öz işinin peşəkarları olan musiqiçilər, pedaqoqlar, rəssamlarla tanış oldum. Mən onların çoxu ilə yaradıcılıq və dostluq əlaqələri saxlayıram.

- Tez-tez müxtəlif ölkələrdə çıxış edirsiniz. Publika ilə əlaqə qurmaq çətin deyil ki?

— Ən əsası səmimi olmaqdır. Məşhur sitatlardan birində deyildiyi kimi: "Səmimi nə isə edirsənsə, hər şey alınır". Ona görə də sadəcə səhnəyə çıxıram və hər şeyi açıq və vicdanla bölüşürəm.

- Sizin özəlliyiniz nədən ibarətdir?

— Bunu demək çətindir. Hər bir kəs unikaldır, özünəməxsusdur, bizim çoxumuz bir çox şeydə oxşarıq. Bu dünyanı həmin özəllikləri olan insanların prizmasından öyrənmək xoşuma gəlir. İnsanları sevirəm, çox şeydən ilhamlanıram və yaşadığım üçün sevinirəm.

- Musiqiçinin hədəfi nədir?

— Daha çox bilmək, öyrənmək, çalmaq, musiqini dinləyicilərlə paylaşmaq.

Teqlər:
Elina Drux, skripka, laureat, musiqiçi, Bakı

Əsas mövzular