11:21 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
846040

"Bu problemləri şəxsi imkanlar hesabına həll etmək mümkün olmadığı üçün polisə müraciət edilməldir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Bəzən binaların qarşısında, yanında avtomobil saxlamaq bəzi bina sakinlərinin xoşuna gəlmir. Və buna etirazlarını müxtəlif şəkildə bildirirlər. Kimi qonşusunun avtomobilini cızır, kimi təkərini deşir, bir qədər insaflıları isə üzərinə zibil tökməklə acığını çıxmağa çalışırlar.

Belə xoşagəlməz halla bu günlərdə Nərimanov rayonu Ağa Nemətulla küçəsində yaşayan İlahə Cəmilova adlı bir xanım da rastlaşıb. Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edən İ.Cəmilova deyir ki, səhər avtomobilinə yaxınlaşanda gördüyü mənzərə onu çox narahat edib.

"Səhər avtomobilimə yaxınlaşanda parpresin üzərinə toyuq içalatının atıldığını gördüm. Ön şüşənin üzəri bu artıqlarla dolu idi. Ondan bir gün öncə də avtomobilin arxa nömrəsini yerindən dartmışdılar. Nömrə yuxarı qalxsa da, möhkəm bağlandığı üçün tam çıxara bilməmişdilər" — deyən şikayətçi xanım bildirir ki, məsələ ilə bağlı ərazi polisinə müraciət etsə də, sonradan başına gələn bu problemlə maraqlanan olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallar baş verdikdə vətəndaş yaşadığı ərazi üzrə hüquq mühafizə orqanına müraciət etməlidir: "Ərazidə kameralar varsa, kameralar açılmalı və hadisənin kim tərəfindən törədildiyi müəyyənləşdirilməlidir".

V.Əsədovun sözlərinə görə, avtomobilə zərər vermək istəyən şəxs müəyyənləşdirildikdən sonra müvafiq maddə ilə cəzalandırılmalıdır.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, kiminsə avtomobilinin üzərinə nəsə atmaq, nömrəni çıxarmağa çalışma və s. başqasının əmlakına bilə-bilə ziyan vurmaqdır: "Bu, kiçik xuliqanlıq və ya əmlaka zərər vurmaq əməli kimi qiymətləndirilir. Bunun nəticəsi polis tərəfindən araşdırılır".

"Hər bir halda belə problemlə qarşılaşan sürücü ilk növbədə polisə məlumat verməlidir. Çünki burada əmlaka vurulan ziyan, ziyanın kim tərəfindən vurulması, qəsdən və ya ehtiyatsızlıqdan vurulması müəyyənləşdirilməli və onun nəticəsinə uyğun rəy verilməlidir. Bundan sonra həmin rəyə uyğun olaraq hərəkət etmək olar" — Muradlı Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Ekspert bildirib ki, bu problemlərin şəxsi imkanlar hesabına həll edilməsi mümkün olmadığı üçün polisə müraciət edilməldir.

Hüquqşünas Asif Abdullayev də Sputnik Azərbaycan-a şərhində, sözügedən əməlin inzibati məsuliyyət yaratdığını qeyd edib: "Belə məsələlər İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənzimlənir. Həmin şəxs o zaman məsuliyyətə cəlb edilə bilər ki, onun ictimai qaydanı pozduğu sübuta yetirilsin. Belə olan halda şəxs 50-100 manata qədər cərimə edilir. Əgər inzibati xətanı pozan şəxs dəfələrlə bu işə görə məsuliyyətə cəlb edilibsə, bu zaman o, 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə də cəzalandırıla bilər".

A.Abdullayev onu da vurğulayıb ki, həmin şəxs, həmçinin məişət tullantılarının tutumlardan kənara atılması maddəsi ilə də məsuliyyətə cəlb edilə bilə: "Bu zaman şəxs İnzibati Xətalar Məcəlləsinin 266.3 maddəsi ilə məsuliyyətə cəlb edilə bilər. Bu zaman şəxs 50 manat məbləğində cərimə edilir. Ona görə də belə hal baş verdiyində zərərçəkən ərazi üzrə polis bölməsinə müraciət etməlidir".

Əlaqədar

Bakıda kütləvi psixioz: Şüurlu şəkildə özlərini avtomobillərin altına atırlar
Onların qəribə qadağaları davam edir: Qadınlara avtomobil sürmək olmaz
Avtomobil bazarındakı son durum ürəkaçan deyil
1500 manata avtomobil almaq şansınız olacaq
Avtomobil sahiblərinin ürəyindən xəbər verən təklif
Teqlər:
İlahə Cəmilova, Asif Abdullayev, Elməddin Muradlı, zibil, Vaqif Əsədov, Sputnik Azərbaycan, məsuliyyət, sakin, bina, polis, cərimə, avtomobil

Əsas mövzular