Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ildən öz avtomobillərimiz olacaq

© Photo : AZƏRTACNeftçala Sənaye Məhəlləsində mart ayından avtomobil istehsalına başlanılacaq
Neftçala Sənaye Məhəlləsində mart ayından avtomobil istehsalına başlanılacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda yeni avtomobil istehsalına başlanır

BAKI, 19 yanvar — Sputnik. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri olan "Azərmaş" ASC – "İran Khodro" birgə avtomobil zavodu mart ayından istehsala başlayacaq. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.

© Photo : AZƏRTAC“Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov
“Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov - Sputnik Azərbaycan
“Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov

O bildirib ki, zavodda artıq son avadanlıqlar quraşdırılır: "İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Bu avtomobillər, əsasən yerli bazarda satışa çıxarılacaq. Xarici ölkə bazarlarına çıxış imkanları da araşdırılır. Bu istiqamətdə bir neçə ölkə, o cümlədən Rusiya ilə danışıqlar aparılır".

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulduğunu deyən Emin Axundov qeyd edib ki, "Azərmaş" ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır.

Qeyd edək ki, müasir texnologiyalar əsasında qurulan "Azərmaş" ASC – "İran Khodro" birgə avtomobil zavodunda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.

Azərbaycan Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin açılışı 2017-ci il sentyabrın 24-də olub.

Xəbər lenti
0