22:18 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Təmir işləri

Bakının məşhur küçəsində əsaslı təmir başlayıb

© Photo : azeravtoyol.gov.az
CƏMİYYƏT
Qısa URL
37 0 0

Ümumilikdə isə 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub

BAKI, 7 fevral — Sputnik. Bakının “Təbriz” küçəsi əsaslı şəkildə yenidən qurulur. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, ilin əvvəlindən agentlik tərəfindən paytaxt yollarında bu çərçivədə işlərə start verilib. Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən “Təbriz” küçəsi də bu yollardandır.

"Təbriz” küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı. Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq", – deyə Nəcəfli bildirib.

AYDA sözçüsü qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində 35 min kv.m-dən çox sahədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu və kipləşdirmə işləri aparılır, yol ayrıcı və piyada səkiləri bərpa olunur, kənarlarında köhnə səki daşları sökülərək yeniləri ilə əvəz olunur. Artıq yol boyu 3 min p-metrə yaxın yeni səki daşı düzülüb. Ümumilikdə isə 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, zəruri yerlərdə yeni sistem qurulacaq, yeni yağış barmaqlıqları və kommunikasiya xətlərinin baxış qapaqları qoyulacaq. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənəcək, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi "cib"li hissələr yaradılacaq.

Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Əlaqədar

Alternativ istiqamət seçin: Bu yol da bağlandı!
Xoş xəbər: Vətəndaşları narahat edən yol yenidən qurulur
Yeni yol təmiri başlayıb
Bu yol da üzümüzə bağlanır
Teqlər:
Təbriz küçəsi, Avtomobil Yolları Dövlət Agentliyi, təmir, Anar Nəcəfli

Əsas mövzular