08:51 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
138 0 0

Şəmkir sakini metronun tunelinə düşərək bir stansiyadan digərinə qaçmağa cəhd edib

BAKI, 25 yanvar — Sputnik. İnşaatçılar metrostansiyasında 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan adlı Şəmkir rayonu sakini özünü qatar xəttinə ataraq üzü Elmlər Akademiyası stansiyası istiqamətində qaçmağa başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Facebook-da məlumat yayıb.

Onun sözlərinə görə, mertopoliten əməkdaşları bundan xəbər tutan kimi dərhal qatarların hərəkəti dayandırılıb. Daha sonra həmin şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb.

Hadisədə hər hansı intihar məqsədinin olmadığı məlum olub. Yaxalanan gənc tunel vasitəsilə Elmlər Akademiyası stansiyasına getməyi hədəf götürübmüş.
Bu hadisə ilə əlaqədar olaraq qatarların hərəkətində 10 dəqiqə gecikmə baş verib. Hazırda qatarların hərəkəti bərpa edilib.

Əlaqədar

Metroda faciə baş verib: Britaniya vətəndaşı ölüb
Bıçaqlı şəxs metroda insanlara hücum etdi, ölənlər var
Metroda faciə: azyaşlı uşağın ayağı eskalatorda ilişdi
Metroda qorxunc hadisə: oğlanı relslərin üzərinə atdılar
Teqlər:
İnşaatçılar metrostansiyası, "Elmlər Akademiyası", "Bakı Metropoliteni" QSC, Bakı metropoliteni QSC, Nəsimi Paşayev

Əsas mövzular