BAKI, 25 yanvar — Sputnik. İnşaatçılar metrostansiyasında 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan adlı Şəmkir rayonu sakini özünü qatar xəttinə ataraq üzü Elmlər Akademiyası stansiyası istiqamətində qaçmağa başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Facebook-da məlumat yayıb.
Onun sözlərinə görə, mertopoliten əməkdaşları bundan xəbər tutan kimi dərhal qatarların hərəkəti dayandırılıb. Daha sonra həmin şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb.
Hadisədə hər hansı intihar məqsədinin olmadığı məlum olub. Yaxalanan gənc tunel vasitəsilə Elmlər Akademiyası stansiyasına getməyi hədəf götürübmüş.
Bu hadisə ilə əlaqədar olaraq qatarların hərəkətində 10 dəqiqə gecikmə baş verib. Hazırda qatarların hərəkəti bərpa edilib.