17:45 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
35 0 0

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təlimlərə başlayıb

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (QTA) əməkdaşları üçün "Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi" layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb.

Sputnik Azərbaycan QTA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa İttifaqının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimin məqsədi qida təhlükəsizliyi sahəsində institusional potensialın gücləndirilməsinə, qida zəncirinə nəzarət sahələrində beynəlxaq təcrübənin öyrənilməsinə yönəlib.

Təlim başlamazdan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli layihə çərçivəsində təlim keçəcək nümayəndə heyətini qəbul edib. Daha sonra layihə rəhbəri İan Goulding (Yan Quildinq) və təlimçi Alida Mahmudova qida təhlükəsizliyi ilə bağlı təcrübələrini agentliyin əməkdaşları ilə bölüşüblər. Layihə rəhbəri Yan Quildinq qida mühəndisliyi və marketinqi sahəsində ixtisaslaşıb.

Qeyd edək ki, təlimdə agentliyin "Təftiş və dövlət nəzarəti", "Risklərin idarə olunması", "Sertifikatlaşdırma və qeydiyyat", "Kommunikasiya və informasiya texnologiyaları" şöbələrinin rəhbərləri və əməkdaşları iştirak edib.

Əlaqədar

Qida yağlarının ən faydalısı müəyyənləşdirilib
Uşağın ağıllı olması üçün hamilə qadınlar bu qidadan yesin
Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətindən çox şey gözlənilir”
Geni dəyişdirilmiş qida əlavələri müsadirə olundu
Teqlər:
QTA, Qida Təhlükəsizliyi Agentliyi, təlim, Azərbaycan

Əsas mövzular