CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda üç həftəlik təlimlərə başlanıldı

© Sputnik / Vitaly AnkovƏt məhsulları, arxiv şəkli
Ət məhsulları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təlimlərə başlayıb

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (QTA) əməkdaşları üçün "Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi" layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb.

Kimyəvi maşınqayırma zavodunda işçilər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İşəgötürənlər qarşısında tələb: İşçilərə pulsuz qida verin!

Sputnik Azərbaycan QTA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa İttifaqının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimin məqsədi qida təhlükəsizliyi sahəsində institusional potensialın gücləndirilməsinə, qida zəncirinə nəzarət sahələrində beynəlxaq təcrübənin öyrənilməsinə yönəlib.

Təlim başlamazdan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli layihə çərçivəsində təlim keçəcək nümayəndə heyətini qəbul edib. Daha sonra layihə rəhbəri İan Goulding (Yan Quildinq) və təlimçi Alida Mahmudova qida təhlükəsizliyi ilə bağlı təcrübələrini agentliyin əməkdaşları ilə bölüşüblər. Layihə rəhbəri Yan Quildinq qida mühəndisliyi və marketinqi sahəsində ixtisaslaşıb.

Qeyd edək ki, təlimdə agentliyin "Təftiş və dövlət nəzarəti", "Risklərin idarə olunması", "Sertifikatlaşdırma və qeydiyyat", "Kommunikasiya və informasiya texnologiyaları" şöbələrinin rəhbərləri və əməkdaşları iştirak edib.

Xəbər lenti
0