06:01 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Pilot Serqey Sirotkin

Sergey Sirotkin - "Formula-1"də ilk bakılı pilot

© Sputnik / Vladimir Trefilov
CƏMİYYƏT
Qısa URL
5211

Sergeyin atası Bakıda doğulub, babası və nənəsi uzun müddət Azərbaycanda yaşayıb

BAKI, 20 yanvar — Sputnik. Moskvada  "Formula-1"  tarixində  3-cü rusiyalı pilotun — keçmiş Formula-2 iştirakçısı Serqey Sirotkinin  bu mötəbər yarışa qatılmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, 22 yaşlı Serqey Sirotkinin Britaniyanın "Williams" şirkəti ilə bağladığı müqavilə, son günlər Rusiya idmanında ən "qaynar" xəbərə çevrilib.

"Williams" komandasının nə üçün Kubitsi deyil, məhz onu seçdiyi ilə bağlı məsələni şərh edən Sirotkin bildirib ki, onun yarış zamanı kimin qonşu boliddə olduğu maraqlandırmır, o sadəcə nəticə əldə etmək üçün öz işini görür.

Sirotkinin tərcümeyi-halı ilə bağlı bir  maraqlı faktı çoxları bilmir. Mətbuatda Serqey təkcə Formula 1 tarixində sayca 3-cü rusiyalı avtopilot kimi deyil, eyni zamanda yarışın tarixində əslən Bakıdan olan ilk avtopilot kimi qələmə verilir.  Sergeyin atası Bakıda doğulub, babası və nənəsi uzun müddət Azərbaycanda yaşayıb.

"Bəli, həqiqətən, ötən yay Bakıda olarkən Bakı köklərimin olduğunu ağzımdan qaçırmışdım. Ata tərəfimin qohumları bakılıdır, ona görə mən həqiqətən bakılıyam. Bakıdan xoşum gəlir. Bu şəhərdə olmaq hər zaman xoş təsir bağışlayır,  çox gözəl yerdir" — deyə avtopilot bildirib.

Şərəfini qoruyacağım "Williams" komandası ötən il Bakıda çox uğurlu yer tutub, hazırda mənim komanda yoldaşım olan Lens Strol Azərbaycan Qran-Prisində  3-cü yeri qazanıb. 

Ötən ilki Bakı Qranprisi  Williams üçün çox əlamətdar oldu, hamımız bunun şahidi olduq. Ötən il yarış zamanı gördüyümüz bəzi  ekstraordinar hallara baxmayaraq, Baki avtotrası  "Williams" maşınlarına uyğun gəlir.

Bununla belə, bu və ya digər trasa — istəyir Bakı, ya da Soçi olsun — üstünlük verməməyə çalışıram. Mən qələbə qazanmaq üçün yarışıram, konkret hər bir an əlimdən gələni edirəm. Sən trasda saniyənin yüzdəbiri uğrunda mübarizə aparan zaman hansı şəhərdə olduğun, Qranpri-nin nə qədər statuslu olub-olmadığı o qədər də önəm kəsb etmir. Sadəcə özün və komandan üçün ən yüksək nəticəyə nail olmağa çalışırsan.

Bakı trasının maraqlı xüsusiyyətləri, şübhəsiz ki, yalnız bu  mərhələyə olan marağı artırır və bu il  Azərbaycan Qran-prisində iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəlib və ötən ilki uğuru təkrarlamağa çalışacağıq".

Əlaqədar

“Formula-1” üzrə Avropa Qran-prisi başlayıb
Formula-1-də bir pilot yarışdan çıxdı
Alonso Formula-1-i tərk etdi
Formula-1 ilə əlaqədar bağlanmış küçələr nə vaxt açılacaq?
“Formula-1” rəhbəri istefaya göndərilib
"Formula-1"in əfsanəsi Bakıdadır
Teqlər:
bakılı, rusiyalı pilot, Azərbaycan Qran-Prisi, "Formula-1", Sergey Sirotkin

Əsas mövzular