06:49 20 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Müğənni Mina

Müğənni Mina sirrini açdı: "Əsl adım..."

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
136520

Artıq böyümüşəm və əsl stilim budur

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Bir neçə il öncə bir gecənin içində "Hər şey istəyirəm" mahnısı ilə məşhurlaşan müğənni Mina bir müddət sonra səhnədən uzaqlaşdı. Uzun müddət yaradıcılığına fasilə verən ifaçı indi yenidən səhnəyə qayıtmaq qərarına gəlib.

Həm ifası, həm mahnıları, həm də imici ilə fərqlənən Mina Sputnik Azərbaycan-ın qonağı olub və suallarımızı cavablandırıb.

— Mina xanım, səhnəyə ilk çıxdığınız zaman tamaşaçılara fərqli üslubda, şıltaq qız kimi təqdim edilmişdiniz. Bu obraz nə üçün lazım idi?

— Həmin obrazım düşünülmüş idi. Bəzi sözlər var idi ki, onlar xalqa çatdırılmalı idi. Həmin obraz ilə bunu edə bildik. Mən bu obrazı sevdiyim üçün təklifi qəbul etdim və müqaviləyə imza atdım. Amma balaca bir qız üçün mahnıda dediyi sözlər çox ağır idi. Və təbii ki, illər sonra bu obrazda qala bilməzdim. Şıltaq Mina obrazından çıxmağıma sevinirəm.

— Amma elə o imic və o sözlər də sizi tamaşaçıya sevdirdi…

— Bəli. Ancaq maddi cəhətdən böyük dəstək lazımdır ki, o layihəni davam etdirmək mümkün olsun. Mina da Azərbaycan gəncləri adından bütün problemləri hər kəsə çatdıra bilsin. Dəstək olmadığı üçün bu obrazdan vaz keçdim.

Müğənni Mina
© Sputnik / Murad Orujov
Müğənni Mina

— Musiqilərin sözlərini özünüz yazırdınız?

— Mən ilkin versiyanı yazıb daha peşəkar birinə verirdim. Onlar isə daha yaxşı redaktə edirdilər. Dəstəksiz elə mükəmməl alınmazdı.

— Ailədə ilk musiqiçisiniz, yoxsa ailə üzvlərinizdən musiqi ilə məşğul olanı var?

— Elnarə Xəlilova xalam qızıdır, Nailə Mirməmmədlinin əmisi nəvəsiyəm, xalq artisti Əlibaba Abdullayevin qardaşı nəvəsiyəm.

— Niyə səhnədən anidən getdiniz və uzun müddət görünmədiniz?

— Müqavilə bitdi və mən dəstəksiz fəaliyyətimi davam etdirə bilmədim. Bir müddət sonra bir şirkət ilə müqavilə bağladım. 7-8 ay fəaliyyət göstərdik, amma heç bir nəticə əldə edə bilmədik. Bu zaman mənə Türkiyədə filmdə çəkilmək təklifi gəldi. Mən də müqaviləni pozub filmdə çəkildim. Və bundan sonra bir müddət yaradıcılıq işlərinə ara verməli oldum.

— Şıltaq qız imicindən xanım-xatın obrazına keçmisiniz. Səhnədə bu stildə çox sayda xanım müğənnilər var. Uğur qazanacağınıza inanırsınız?

— Artıq böyümüşəm və əsl stilim budur. İnanıram ki, tamaşaçılar məni belə də qəbul edib sevəcək.

— Əsl adınız necədir?

— Əsl adımın tamaşaçılar tərəfindən bilinməsini heç vaxt istəməmişəm. Amma "Son məktub" filmində rejissorlar məni Nərmin kimi təqdim ediblər. Adım Nərmindir. Mina isə səhnəni partlamaq kimi təqdim edilmişdi.

Əlaqədar

Müğənni Röyanın qayınatasının cinayət işi ilə bağlı yeni xəbər
Tanınmış müğənninin əmisi oğlunu öldürdülər
Azərbaycanlı müğənninin qızı görün hansı yolla pul qazanır
Məşhur müğənni bütün sərvətini dövlətə bağışlayacaq
Məşhur müğənni özünü belə biabır etdi - FOTO
Teqlər:
imic, şıltaq, Mina, sirr, müğənni

Əsas mövzular