BAKI, 22 dekabr — Sputnik. Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy televiziya proqramlarının birində maraqlı etiraf edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 65 yaşlı sənətçi həyatda dostu olmadığını dilə gətirib.
O, həmçinin bildirib ki, baha və ya ucuz olmasından asılı olmayaraq özünə yaraşanı geyinir: "Çox bahalı kürklərimdən birini satışa çıxarıb pulunu təhsil üçün xərcləyəcəm. Kimsəm olmadığı üçün bütün var-dövlətimi dövlətə bağışlayacağam".