13:44 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Bakıda avtobuslar

Bakının ictimai nəqliyyatında yeni hoqqa çıxarıblar

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
560 0 0

Mais Ağayev: "Bu halla üzləşən sərnişinlər dərhal Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Bakı şəhərində marşrut xətlərində vəziyyətin heç də yaxşı olmadığı hər kəsə məlumdur. Dünya standartlarına cavab verməyən avtobuslar, natəmiz salon və çirkli oturacaqlar, sürücülərin yol hərəkəti qaydalarını tez-tez pozması və sürət həddini aşması sərnişinləri narahat edən problemlərdəndir.

Bu qədər şəraitsiz vəziyyətdə sərnişinlərin əsəblərini tarıma çəkən daha bir məsələ var. Belə ki, gecə 00:00-a kimi işləməli olduqları halda, bəzi marşrut xətti üzrə hərəkət edən avtobusları axşam 21:30-dan sonra tapmaq qeyri-mümkün olur.

Və ya avtobus sürücüsü istədiyi dayanacaqda avtobusu saxlayıb sərnişinləri düşürür: "Düşün, mən planımı vermişəm, çörəkpulumu qazanmışam. Gedirəm evə. Siz isə arxadan gələn avtobusla yolunuza davam edərsiniz. Gediş haqqını verməyi isə unutmayın".

Bu xoşagəlməz hal 35 nömrəli avtobus daşıyıcısında, demək olar, hər gün baş verir. Sərnişinlər etiraz edəndə isə, sürücü kobud şəkildə bildirir ki, "kimə istəyirsiniz, gedin şikayət edin, mən beləyəm".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu problemlərin hər birini həll etmək üçün bütün daşıyıcılar mütləq şəkildə kart sisteminə keçməlidir: "Peşəkar sürücü bazası olmalıdır. Halbuki, bu gün Bakı Nəqliyyat Agentliyi bu sahədə böyük problemlər yaşayır. Bakı şəhərində peşəkar sürücülərə ciddi şəkildə ehtiyac var".

M.Ağayev vurğulayıb ki, belə xoşagəlməz halla üzləşən sərnişinlər dərhal Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir: "Bu zaman biz də daşıyıcı qarşısında məsələ qaldırırıq ki, onlar da bu barədə tədbir görsünlər".

Qurum rəsmisi qeyd edib ki, avtobus sürücüsü marşrutunu yalnız zəruri hal yaranarsa, dəyişə bilər: "Məsələn, dövlət qurumları tərəfindən qanuni halda yollar məhdudlaşdırılıbsa, bu zaman olar. Tədbir və ya təmir işləri ilə bağlı yol bağlanarsa və ya qəza baş verərsə, məcburi halda bir neçə günlük və ya saatlıq marşrut xətti dəyişə bilər. Amma sürücü öz istədiyi zaman marşrutu dəyişə bilməz".

"Avtobuslar ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Onu idarə edən sürücü də, sərnişin də müəyyən olunmuş ümumi qaydalara mütləq şəkildə riayət etməlidir" — BNA sözçüsü vurğulayıb.

Hüquqşünas Elyar Həsənov də Sputnik Azərbaycan-a şərhində deyib ki, daşıyıcı dövlətin şərtlərinə əməl etməlidir, etməyəndə sərnişinin hüququ, təbii ki, pozulur: "Buna aidiyyatı orqanlar nəzarət etməli və cəzalandırmalıdır. Məhkəmə yolu səmərəli yol deyil. Bu problemlərin həlli müvafiq təşkilatlardadır".

"Qanunvericilik bu məsələləri lazımi şəkildə tənzimləyir. Şərtlərə əməl etməyən daşıyıcı sərnişindaşımadan kənarlaşdırılmalıdır. Avtobusda sərnişin varsa, avtobus marşrutu üzrə son dayanacağa kimi getməlidir. Əks halda, sərnişini ünvana çatdırmadığı üçün qanunu pozmuş olur və heç bir halda sərnişindən gediş haqqı almaq hüququ yoxdur" – deyə hüquqşünas əlavə edib.

Əlaqədar

Allahverənov: “İctimai nəqliyyatdakı problemlər ənənəvi xarakter daşıyır”
İctimai nəqliyyatda daha bir yenilik
Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yanıb
Bakıda avtobus qəzası törədib qaçan sürücü həbs olundu
Bakıda baş verən avtobus qəzasının səbəblərinə aydınlıq gətirildi - rəsmi
Teqlər:
Mais Ağayev, hüquqşünas, BNA, ictimai nəqliyyat, Bakı şəhəri, marşrut, Elyar Həsənov, Sputnik Azərbaycan, sərnişin, Bakı Nəqliyyat Agentliyi, dayanacaq, avtobus, sürücü

Əsas mövzular