16:49 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
910 0 0

Oqtay Rzayev vurğulayır ki, düzəltdiyi maşına Gəncədən də müştəri çıxıb, ancaq o, satmaqdan imtina edib

BAKI, 9 dekabr — Sputnik. Azərbaycanın hər yerində olduğu kimi Masallıda da bir çox sahədə, xüsusən də avtomobil təmiri sahəsində yetərincə tanınmış peşəkar ustalar var. Masallının Türkoba kənd sakini Oqtay Rzayev də rayonun ən tanınmış avtomobil çilingəridir. Onu son illər təkcə Masallıda deyil, bütün Cənub zonasında məşhurlaşdıran isə yığdığı qeyri-adi avtomobildir.

Usta Oqtay Rzayev
© Sputnik / Rahim Murad
Usta Oqtay Rzayev

Sputnik Azərbaycan-a danışan O.Rzayev deyib ki, 12 yaşından avtomobil çilingərliyi sənəti ilə məşğul olur: "El arasında bu sənətə maşın dəmirçisi deyilir. Yəni, əzilən avtomobillərin dəmir işlərinin təmiri. Bu cür maşınların hazırlanması ideyası isə məndə hələ 1991-ci ildən yaranıb. O vaxt əsgərliyi təzə bitirib gəlmişdim, kənddə özümə sex açdım. Elə o zaman köhnə maşınların damlarından ilk idman tipli "kabriolet", yəni, üstüaçıq maşın yığdım. İndiki maşın isə "TOT AZ" adlanır. "TOT"-un açıqlaması Talış Oqtay Türkobalı, "AZ"-da Azərbaycanı deməkdir ".

O, maddi problemlərlə qarşılaşdığı üçün işi tam bitirə bilmədiyini söyləyir: "Bu avtomobilin üstündə il yarımdır işləyirəm, amma tam yığıb qurtara bilməmişəm. Maddi imkan azdır, sexdə qazandığımı bu avtomobilin yığılmasına sərf edirəm. İndiki vəziyyətinə gətirib çıxarmaq üçün 20 min manatdan artıq pul xərcləmişəm. Maşının salonunda bir çox çatışmayan hissələr var. Təxminən 5-6 min manat vəsait olsa, maşını tam yığıb bitirərəm. Sexdə başqa bir maşın da var. Onun dəmir işləri tam görülüb, digər işləri isə hələ qalır. Bu maşını, yəni, "TOT AZ-1"i oğlum üçün hədiyyə, o birisini isə özüm üçün yığıram. O biri maşın da, çox güman ki, "TOT AZ-2" adlanacaq".

TOT AZ avtomobili
© Sputnik / Rahim Murad
TOT AZ avtomobili

Usta hazırkı maşının yığılmasında hansı avtomobil hissələrindən istifadə etdiyinə də aydınlıq gətirir: "Bu maşının gövdəsinin bütün dəmir hissələri yalnız "Mercedes" markalı avtomobillərin dam hissələrini söküb döyməklə yığdım. Mühərriki idman üslubunda yığılmış və gücləndirilmiş "VAZ-2109" markalı avtomobilin mühərrikidir, salonun cihaz paneli və ön fənərləri "BMW" markalı avtomobilə aiddir, diski və təkərləri "Mercedes AMG", oturacaqları isə "Toyota"ya məxsusdur".

"Maşının mühərriki çox güclüdür. Təxminən 170-180 at gücündədir. Bir dəfə sürətini də yoxladım, gözlədiyimdən də artıq nəticə əldə etdim. Maşın start yerindən təxminən 700 metr aralanan kimi sürət artıq 190 km saatı göstərirdi" – deyə qeyd edir.

Oqtay Rzayev vurğulayır ki, düzəltdiyi maşına hətta Gəncədən də müştəri çıxıb, ancaq o, satmaqdan imtina edib. Sexdə özü üçün yığdığı maşını tam bitirəndən sonra isə müştərisi çıxarsa, satmağı düşünür. Usta sonda onu da bildirir ki, vəsait olacağı təqdirdə bu sənəti daha da genişləndirmək istəyir.

Əlaqədar

Avtomobil bazarında son durum: dünənki, bugünkü və sabahkı qiymətlər
Hansı markalı avtomobillər nə qədər bahalaşacaq?
Avtomobil həvəskarları üçün cənnət
Avtomobil arzusunda olan üçün son bir ay - "Səadət dövrü" bitir
Avtomobil almaq istəyənlərə bəd xəbər: Qiymət beş qatına çıxacaq
Teqlər:
hazırlama, TOT AZ, idman avtomobili, Türkoba kəndi, çilingər, Masallı

Əsas mövzular