Uçan avtomobilin təqdimatı olub

© Photo : DeLoreanDR-7 kod adı ilə təqdim edilən uçan avtomobil
DR-7 kod adı ilə təqdim edilən uçan avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Bu avtomobildən istifadə etmək üçün pilot lisenziyası olmalıdır

BAKI, 23 avqust — Sputnik. ABŞ-da fəaliyyət göstərən "DeLorean" şirkəti yeni uçan avtomobil konsepsiyasının təqdimatını keçirib.

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, DR-7 kod adı ilə təqdim edilən avtomobilin arxa və ön tərəflərində pər var. Bu uçan avtomobildən istifadə etmək üçün pilot lisenziyası olmalıdır.

Kompakt, yüngül və sadə dizaynlı uçan avtomobilin uzunluğu 6 metr, eni isə 5,6 metrdir. Qanadın diametri 2,3 metrdir. Evin qarajına park edilə biləcək şəkildə dizayn edilib.

Uçan avtomobildə avtomatik sistemdən başqa, əllə idarəetmə sistemi də var. Tamamilə elektrikli olan nəqliyyat vasitəsi saatda 241 kilometr sürətə çata bilir.

"DeLorean" şirkəti ABŞ-ın Patent İnstitutuna patent ilə bağlı müraciət edib. Hələlik avtomobilin satışı ilə bağlı məlumat verilmir.

Uçan avtomobillərin üzərində çalışmalar davam edir.

 

Xəbər lenti
0