09:51 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü

Memarı inşa etdiyi körpünün altına qoyub üstündən qatar keçiriblər — Azərbaycanda

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
1198211

Azərbaycanın ən ağır günlərinə şahid olan 120 illik yadigar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Kür çayı Ağstafa rayonunu iki hissəyə bölür. Bir hissədə şəhər mərkəzi və əksər kəndlər, digəri hissədə isə ucsuz-bucaqsız Ceyrançöl düzü və 10-adək yaşayış məntəqəsi yerləşir.

Bu əraziləri, artıq 120 ildir ki, yalnız bir körpü birləşdirir. Qazaxdan Tovuzadək 100 km-dən artıq məsafədə yeganə olan bu körpünün bir əhəmiyyəti də Gürcüstana – Sadaxlı gömrük postuna gedən avtomobil yolunun üzərindən keçməsidir.

Tarixi mənbələrə görə, sözügedən körpü 1897-ci ildə inşa olunub. XIX əsrin 80-ci illərində Bakı-Tiflis dəmir yolu xətti çəkilərkən Kürün hər iki sahilini birləşdirmək üçün körpüyə ehtiyac duyulur. Nəticədə, biri dəmiryolu olmaqla iki körpü inşa edilir.

  • Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü

Poylu körpüləri tikildiyi gündən bir neçə böyük siyasi prosesə, müxtəlif ordularin şərqdən qərbə, qərbdən şərqə hücumlarına şahidlik edib. Azərbaycanda 28 aprel istilasından istifadə edən gürcü qoşunları 1920-ci ildə məhz bu körpülərdən istifadə edərək torpaqlarımıza hücum edib. Bu hadisədən az sonra Qırmızı Ordu elə bu körpülərin üzərindən keçərək Gürcüstanı işğalı edib.

Poylu qəsəbə sakinləri Sovet hakimiyyəti illərində bu körpülərin Leninin adını daşımasının da sonuncu hadisə ilə bağlı olduğunu söyləyirlər. Belə ki, Qırmızı Ordunun Tiflisə yürüşünün qarşısını almaq üçün gürcü menşevikləri körpüləri dağıdırlar.

Lakin ideoloji təbliğatın təsirindən cuşa gəlmiş 1200 könüllünün dörd gün fasiləsiz işləməsi nəticəsində körpü bərpa edilir. İnşaatçılar məqsədlərinə çatdıqdan sonra körpüyə Leninin adını vermək haqqında qərar qəbul edirlər və Peterburqa teleqram göndərirlər.

Bu körpülərin digər bilinməyənləri barədə Sputnik Azərbaycan-a Poylu qəsəbə sakini Tahir İbrahimov məlumat verir. Uşaqlığını, Poylu stansiyasının canlı tarixi hesab edilən Vasya dayının söhbətlərini dinləməklə keçirdiyini deyən qəsəbə sakini maraqlı tarixçə danışır.

"Vasya dayı deyirdi ki, 20-ci illərin axırlarında dəmiryolu körpüsü tam qəzalı vəziyyətə düşür. Onu təmir etmək üçün Moskvadan bir yəhudi memar göndərirlər. Bolşeviklər, primitiv vəziyyətdə olan dəmiryolu körpüsünü az müddətə davamlı hala gətirən memara, işi təhvil almaq üçün ağır şərt qoyurlar" — İbrahimov bildirir.

"Şərtə əsasən, neft dolu sisternlər daşıyan qatar körpünün üzərindən keçərkən memar, arvadı və 3 övladı körpünün altda dayanmalı olurlar. Sınaq olduğundan, normadan bir qədər də artıq yüklənən qatarlar körpüdən keçir. Ağır sınaqdan qəzasız ötüşdükdən sonra körpü təhvil götürülür" — o, əlavə edir.

Gədəbəy rayonundakı Qanlı körpü
© Sputnik / Ilham Mustafa

Tahir İbrahimov həmin təmirdən sonra dəmiryol körpüsünün bir də 1997-ci ildə əsaslı təmir edildiyini deyir. Bu istiqamətdə artan tələbat nəzərə alınaraq 2008-2014-cü illərdə Kür çayı üzərindən ikinci dəmir yolu körpüsü inşa edilir.

Avtomobil körpüsünə gəlincə isə, 120 il ərzində bu körpü axan sulara, daşan sellərə sinə gərərək əsaslı təmirə ehtiyacı olmadan günümüzədək gələ bilib. Ötən əsrin 90-cı illərində Ceyrançöl ərazisindən vulkan külü yataqlarının istismarıyla əlaqədar mütəmadi olaraq ağır tonnajlı yük avtomobillərini üzərindən keçməsi belə, heç bir qaynaq istifadə edilməyən, yalnız pərçimləmə yolu ilə birləşdirilən körpünün dözümlülüyünə xələl gətirə bilməyib.

Bu yolun əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən, Kür çayı üzərində daha geniş avtomobil körpüsü tikilərək bu günlərdə istifadəyə verilib. 120 yaşlı körpünün isə tarixi əhəmiyyəti nəzərə alınaraq abidə kimi saxlanması nəzərdə tutulub.

Əlaqədar

Tarixi körpünün indiki halı
Bu körpü dünya rekordu vurdu
Maşını körpünün üstündə geri döndərmək istədi, həyatını itirdi
"Sınıq Körpü"dən keçmək istərkən yaxalandılar
Paytaxtda "sirat körpüləri": camaatın canına qorxu düşüb
İstanbul körpüsü bayrağımızın rəngləri ilə işıqlanıb
Teqlər:
Poylu qəsəbəsi, Qırmızı Ordu, Ağstafa rayonu, memar, dəmir yolu, gürcü, sovet, qoşun, körpü, Kür çayı, Azərbaycan, şəhər

Əsas mövzular