CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gədəbəydə "qanlı" alman mirası

Abunə olmaq
O gündən bu hadisə el arasında dəhşətli anılır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 avgust — Sputnik. Gədəbəy rayonu özünün gözəl, əsrarəngiz təbiəti, mineral suları ilə məşhur olan, hər addımında tarixin canlı səhifələri ilə üzləşdiyimiz bölgələrdən biridir. Bundan başqa rayona məşhurluq gətirən, həm də burada qızıl, kobalt və mislə zəngin mədənlərin olmasıdır. Məhz bu təbii sərvətlər, dünyaca məşhur alman brendi olan "Siemens" şirkətini, hələ 150 il əvvəl buralara gətirmişdi.

Siemenslər Gədəbəydə əvvəl yerli sahibkarların inşa etdiyi misəritmə zavodunu alaraq yenidən qurmuş, burada külli miqdarda qızıl, gümüş və kobalt istehsal etmişdilər. Bu gün də Gədəbəy rayonunda Siemens qardaşlarının adı ilə bağlı bir çox tikili və abidələrə rast gəlmək mümkündür. Onlardan günümüzədək qismən salamat qalan və öz möhtəşəmliyi ilə daha çox seçilənləri "Siemens körpüləri"dir.

İstehsalı artırmaq, xammal nəqlini asanlaşdırmaq üçün, bu qardaşlar 1879-cu ildə Zaqafqaziyada ilk dəfə, uzunluğu 28 km olan Gədəbəy-Qarakənd dəmir yolunu istifadəyə verdilər. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryolu dağlıq-dərəlik ərazilərdən keçdiyi üçün, yol üzərində daş körpülər inşa edildi.

Tezliklə bu körpülərin sayı 7-yə çatdı. Bu körpülərdən bəziləri günümüzədək gəlib çatıb, bəziləri isə dağılıb. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir. Bu körpülərdən ən məşhur olanını rayon sakinləri "Qanlı körpü" adlandırıblar.

Bunun da faciəli tarixçəsi var. Körpü yaxınlığında ot biçən Çalburun kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, o zaman mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib.

Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu körpü nadir memarlıq nümunəsidir. Abidə zaman-zaman həm insan, həm də təbii dağıntılara məruz qalsa da, yenə öz əzəmətini və möhtəşəmliyini qoruyub saxlayır…

© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
1/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
2/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
3/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
4/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
5/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
6/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
7/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
8/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
© Sputnik / Ilham MustafayevGədəbəy rayonundakı "Qanlı körpü"
Gədəbəy rayonundakı Qanlı körpü - Sputnik Azərbaycan
9/9
Gədəbəy rayonundakı "Qanlı körpü"
Xəbər lenti
0