CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinlərini keçmişə aparan adamın məkanına axın var

© Sputnik / Murad OrujovBakıda dəyişkən buludu hava
Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
Abunə olmaq
Qarabağ veteranı kitab sataraq cəbhəyə qayıdacağı günü gözləyir

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Bakının mərkəzindəki kiçik dükanın sahibi Qulaməli Babayev artıq 6 ildir ki, paytaxda ticarət obyektinə malikdir. Sputnik Azərbaycan-ın məlumatına görə, onun bu kiçik dükanı artıq dağıdılmış keçmiş Basin küçəsində, Qış Bulvarının arxasındakı köhnə tikilidə yerləşir.

Orada nə istəsən, tapmaq olar: kitablar, çilçıraqlar, patefonlar, radiolar, qab-qaşıq və digər ev əşyaları. Bir sözlə ötən əsrlərə aid nə desən…

Yeri gəlmişkən, hər şey kitablardan başlayıb. Babayevin sözlərinə görə, bir neçə il əvvəl köhnə evlər sökülərkən, o, yerli zibilliklərdən onlarla kitab tapıb. Çox fikirləşmədən, buranın müvəqqəti sakinlərinin atdıqları kitabları toplamağa başlayıb.

Tezliklə onun topladığı kitabların sayı 25 minə çatıb. Sonra fikirləşib ki, bu kitablar kiməsə lazım ola bilər. Odur ki, kiçik bir kitab dükanı açaraq onları satmağa başlayıb. Onların bir hissəsini (uşaqlara aid kitabları) Buzovna qəsəbəsində yerləşən internata bağşlayıb. Qalanları isə satışa qoyub.

© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
1/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
2/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
3/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
4/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
5/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
6/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
7/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
8/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
9/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
10/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
11/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
© Sputnik / Zarina OrujaliyevaQulaməli Babayevin "Böyük kitab dükanı"
Qulaməli Babayevin Böyük kitab dükanı - Sputnik Azərbaycan
12/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
1/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
2/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
3/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
4/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
5/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
6/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
7/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
8/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
9/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
10/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
11/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"
12/12
Qulaməli Babayevin "Böyük kitab dükanı"

Kitabların ardınca adamlar ona bir sıra mebel və digər əşyalar gətirməyə başlayıblar. Sonra Babayev ucuz qiymətə digər lazımsız əşyaları almağa başlayıb. Hazırda onun dükanında çox qiymətli əşyalar toplanıb ki, onlara toxunmadan keçmək mümkün deyil.

Onlara baxarkən, xəyalən uzaq 40-cı, 60-cı illərə gedib çıxırsan. Doxsanıncı illərdəki uşaqlığını xatırlayırsan, hansı ki, qonaq otağındakı servantı əlaltdan alınmış (sovet dövründə qiymətli əşyaları adi dükanlardan tapmaq mümkün deyildi, onları satıcılar xəlvətcə piştaxtanın altından xüsusi müştərilərə satırdılar — red.) farfor qablar və büllur vazalar bəzəyirdi. Kitab rəfində isə A.P.Çexovun əsərlərinə, L.N.Tolstoyun çoxcildlik "Hərb və sülh"ünə, eləcə də digər əsərlərə rast gəlmək mümkündür.

Bu mağazanın həmişə adamla dolu olması təəccüb doğurur. Bir çoxları bura muzey kimi köhnə aparatlara baxmağa gəlir, bəziləri də öz atelyesi üçün köhnə "Zinger" markalı tikiş maşını almağa.

Dükanın hər yeri kitablarla doludur. Burada rus klassiklərinin yaxşı cildlənmiş bütün əsərlərinə, eləcə də Çingiz Abdullayevin bütün nəşrlərinə rast gəlmək mümkündür.

Buranın müştəriləri arasında rejissorlar xüsusilə seçilir. Onlar çəkilişlər üçün patefonlar, çilçıraqlar, qablar icarəyə götürür, sonra qaytarırlar.

"Mənə onları satmaqdansa, icarəyə vermək sərfəlidir. Bundan başqa bir çox əşyanı mağazaya mən özüm alıram" — deyə əntiq əşyalar həvəskarı bildirir.

Sahibkarın dükanında onun üçün ən qiymətli şey, mərhum atasının ona hədiyyə etdiyi dağ keçisinin buynuzlarıdır. O, Babayevin ən hörmətli hesab etdiyi yerdən — kreslonun üstündən asılıb. Kreslonun yanında isə sovet istehsalı olan soyuducu dayanıb. Bu soyuducunu Babayev yaxın zamanlarda 120 manata satmağa hazırlaşır.

Begi Davudova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda nadir hadisə: 77 yaşlı qadından master-klass

Onun sözlərinə görə, müqavilə yolu ilə satılan köhnə markalardan yaxşı gəlir əldə etmək mümkündür. Bununla əlaqədar olaraq sovet mallarına indi də tələbat var. Bu günlərdə iki nadir çap maşınından biri 70 manata satılıb.

Mağazanın mövcud olduğu 6 il ərzində baş verən maraqlı hadisələri bölüşən Babayev bildirib ki, o, əvvəllər kitabların arasından xəlvət olaraq gizlədilmiş pulları tapırmış. Onlar əsasən unudulmuş sovet pulları idi. Amma bir dəfə uğur onun üzünə gülüb və kitablardan birinin arasından 500 ABŞ dolları tapıb.

Bütün bunlarla yanaşı, Babayev bizimlə kiçik sirrini də bölüşdü. Sən demə, bu mağaza onun müvəqqəti hobbisindən başqa bir şey deyil. O, Qarabağ müharibəsi veteranıdır. Ona görə də Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin ümumi səfərbərlik haqqında əmrini gözləyir ki, yenidən cəbhəyə döyüşə getsin.

Xəbər lenti
0