04:03 20 Noyabr 2017
Canlı yayım
Futbol topu

Baş məşqçinin "qəhrəmanlığı" kluba baha başa gəldi

© Sputnik / Alexander Makarov
CƏMİYYƏT
Qısa URL
13 0 0

"Binə" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə klub 80 manat cərimə olunub

BAKI, 15 noyabr — Sputnik. Bu gün AFFA-nın İntizam Komitəsi Azərbaycan çempionatının I divizionunda son turda baş verənlərlə bağlı yeni qərarları açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 11-də Azərbaycan I divizionun VIII turunun "Ağsu" – "Binə" matçı başlamazdan əvvəl "Binə" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə klub 80 manat cərimə olunub.

Noyabrın 12-də Azərbaycan I divizionun VIII turunun "Mil-Muğan" – "Şüvəlan" matçında "Şüvəlan" klubunun baş məşqçisi Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında "Mil-Muğan" klubunun təqdim edəcəyi hesab "Şüvəlan" klubu tərəfindən ödəniləcək.

Əlaqədar

"Qurban Qurbanov AFFA-dakı "menecer"ləri yox etməlidir, əks halda..."
AFFA millinin baş məşqçisi ilə işləməkdən imtina etdi
AFFA tanınmış futbolçunu təntənəli yola salacaq
AFFA-nın ilk prezidenti vəfat edib
AFFA Prosineçki məsələsinə aydınlıq gətirdi
Teqlər:
pirotexniki vasitələr, AFFA-nın İntizam Komitəsi, azarkeşlər, ziyan, Azərbaycan çempionatı, stadion, cərimə

Əsas mövzular