BAKI, 15 noyabr — Sputnik. Bu gün AFFA-nın İntizam Komitəsi Azərbaycan çempionatının I divizionunda son turda baş verənlərlə bağlı yeni qərarları açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 11-də Azərbaycan I divizionun VIII turunun "Ağsu" – "Binə" matçı başlamazdan əvvəl "Binə" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə klub 80 manat cərimə olunub.
Noyabrın 12-də Azərbaycan I divizionun VIII turunun "Mil-Muğan" – "Şüvəlan" matçında "Şüvəlan" klubunun baş məşqçisi Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında "Mil-Muğan" klubunun təqdim edəcəyi hesab "Şüvəlan" klubu tərəfindən ödəniləcək.