03:55 20 Noyabr 2017
Canlı yayım
Pul

Ünvanlı sosial yardım ləğv edilir, əvəzində isə...

report.az
CƏMİYYƏT
Qısa URL
567712

Səlim Müslümov: "Ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur"

BAKI, 15 noyabr — Sputnik. "Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
© Sputnik / Murad Orujov

Spunik Azərbaycan xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

Nazir bildirib ki, növbəti ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq".

"Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumundan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək yardım verəcək".

Əlaqədar

Ünvanlı sosial yardımların məbləği artırılacaq
11 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib
Son 4 ayda ünvanlı sosial yardım üçün 93 541 müraciət daxil olub
Məmurlarla üz-üzə gəlmədən ünvanlı sosial yardım almaq mümkün olacaq
Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı 16% azalıb
Teqlər:
əmək qabliyyəti, , ailə, Səlim Müslümov, nazir, ünvanlı sosial yardım

Əsas mövzular