CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ünvanlı sosial yardımlar kəsildi?

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlar son 3 ayda sözügedən yardımı ala bilmədiklərini bildirsələr də, rəsmi qurum xəbəri təkzib edir

BAKI, 27 fev — Sputnik. "Son 3 aydır ki, ünvanlı sosial yardımımız kəsilib. Bununla bağlı dəfələrlə aidiyyəti qurumun qapısına ayaq döysək də, bir nəticə yoxdur. Rəsmi izahat yoxdur, sadəcə deyirlər ki, "pul yoxdur". Başqa heç bir cavab verilmir".

Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
11 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edən bir qrup Ağstafa rayon sakini belə deyir. Onların sözlərinə görə, ünvanlı sosial yardımın dayandırılması ailələrini çıxılmaz vəziyyətə salıb: "Aldığımız yardım ilə ayın əvvəlindən sonuna kimi ailəmizi bir qarnı ac, bir qarnı tox dolandırırdıq. Gün-gündən hər şey bahalaşır və aldığımız pul da heç nəyə çatmır. Bu, dərdin bir hissəsidir. Ən dəhşətlisi isə odur ki, bir neçə aydır ünvanlı sosial yardımı da ala bilmirik".

"Bir tərəfdən işsizlik, bir tərəfdən yardımın kəsilməsi… Heç bilmirik necə edək. Rəsmi orqanlara dəfələrlə müraciət etsək də, nə səsimizi eşidən var, nə cavab verən. Qeyri-rəsmi şəkildə bizə deyirlər ki, "hələ büdcədə pul yoxdur, nə vaxt olacaq, onda pulunuzu verəcəyik". Xahiş edirik, bizə yardım edin" — vətəndaşlar bildirirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb. O, məsələyə qısaca belə aydınlıq gətirib: "Ödənişdə heç bir problem yoxdur. Ünvanlı sosial yardım vətəndaşlara vaxtı-vaxtında ödənilir. Fərdi şəkildə kimdəsə problem yaranıbsa, müraciət etsin, araşdıraq".

Xəbər lenti
0