04:10 20 Noyabr 2017
Canlı yayım
Bakı-Sumqayıt yolu

Ödənişli yol gözləyənlərin nəzərinə: "Azəravtoyol" deyir ki...

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
189 0 0

Yolun ödənişli olması təklif kimi verilib, amma hələ necə olacağı məlum deyil

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Azərbaycanda "Avtomobil yolları haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb. Qanun layihəsinin 19-1-ci maddəsinin birinci hissəsində "yerli və respublika əhəmiyyətli avtomobil yollarında" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda" sözləri ilə əvəz edilməsi təklif olunur.

Başqa sözlə, hazırda qüvvədə olan qanuna görə, avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər.

Qanuna dəyişikliklər təsdiq olunsa, hazırda qüvvədə olan qanuna görə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər.

Qeyd edək ki, "Avtomobil yolları haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.

Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

"Azəravtoyol" ASC nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a bildirir ki, ödənişli yolların çəkilməsi barədə hələ konkret plan və məlumat yoxdur: "Yəni belə yolların haradan çəkiləcəyi hələ məlum deyil. Bu, sadəcə bir təklifdir və qəbul edilib-edilməyəcəyi sual altındadır. Yeni Bakı-Ələt-Astara yolu tikilir. Bu yol yeni yoldur. Yolun ödənişli olması təklif kimi verilib, amma hələ necə olacağı məlum deyil".

Dairə
Karikatura
Dairə

Nəcəflinin sözlərinə görə, dünyanın hər yerində ödənişli yollar var: "Bu məsələ Milli Məclisdə də müzakirə edilir. Ancaq Azərbaycanda ödənişli yollar yoxdur. Hələ bu barədə təkliflər var, müzakirələr var. Təcrübə olmadığına görə, beynəlxalq təcrübəyə əsaslanaraq hər hansı bir işi görmək olar. Bu, uzun zaman tələb edəcək bir işdir".

ASC sözçüsünün dediyinə əsasən, hazırkı dönəmdə hansısa yolun ödənişli olması üçün gərək yeni, alternativ yol çəkilsin: "Çünki ödənişli yola paralel mütləq ödənişiz yol da olmalıdır. Bu yol ödənişli yolun asfalt beton örtüyünə malik bir yol olmaldır ki, insanlar rahat hərəkət edə bilsin".

Həmsöhbətimiz bildirir ki, bu ödənşli yollar qısa yollara şamil edilməyəcək: "Yəni, əhali Bakı-Sumqayıt yolunun ödənişli yol olmasını təklif etsə belə, bu, mümkün olmayacaq. Ödənişli yol elə yol olmalıdır ki, yaşayış məntəqələrindən keçməsin və yola əlavə daxil olmalar olmasın ki, sürücü qısa vaxtda mənzil başına çata bilsin. Çünki belə olmasa heç bir sürücü ödəniş edib, həmin yoldan keçmək istəməz".

A. Nəcəfli deyir ki, ödənişli yolların 4-7 qəpik olması təklif edilsə də, bu təklif qəbul edilməyib: "Ola bilsin ki, yenidən təkliflər olsun. Amma bu təklif qəbul edilməyib".

Əlaqədar

Bakıda tıxaclara qarşı yeni yol salınacaq
Bakıda yol polisi kameranı görüb özünü itirdi və...
Yol qəzaları niyə məhz axşamlar baş verir?
Bakıda zəncirvari yol qəzası baş verib, tıxac yaranıb
Yol polisi son günlərin ən aktual probleminə aydınlıq gətirdi - Rəsmi
Teqlər:
ödənişli yol, "Avtomobil yolları haqqında" qanun, alternativ yol, "Azəravtoyol" ASC, Anar Nəcəfli, yol, Azərbaycan

Əsas mövzular