18:57 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
213 0 0

Xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

BAKI, 10 noyabr — Sputnik. SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan işçilərdən digəri də ölüb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Baku Medical Plazadan bildirilib. Ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlovun meyiti artıq ailəsinə təhvil verilib.

Qeyd olunub ki, xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, noyabrın 3-də "Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov lazımi müayinələrdən keçirildikdən sonra həmin gün evə buraxılıb.

Əlaqədar

Sonuncu neftçinin də cəsədi tapılıb
Bakıda "İstiqlal" ordenli neftçi qətlə yetirilib
İtkin neftçilərdən birinə aid olduğu ehtimal olunan meyit tapılıb
İtkin düşmüş neftçilərlə bağlı mühüm xəbər gəldi
Dənizdə tapılan cəsədin itkin düşən neftçilərə aidliyi araşdırılır
Teqlər:
quyu, "Qaradağ" sahəsi, neftçi, Kompleks Qazma İşləri Tresti, Baku Medical Plaza, SOCAR

Əsas mövzular