CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzərinə boru düşən ikinci neftçi də ölüb

© Sputnik / Murad OrucovDənizkənarı Milli Parkda keçirilən neftçilərin anım mərasiminə toplaşan şəxslər bulvarın sahilinə qərənfillər düzürlər
Dənizkənarı Milli Parkda keçirilən neftçilərin anım mərasiminə toplaşan şəxslər bulvarın sahilinə qərənfillər düzürlər - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

BAKI, 10 noyabr — Sputnik. SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan işçilərdən digəri də ölüb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Baku Medical Plazadan bildirilib. Ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlovun meyiti artıq ailəsinə təhvil verilib.

Qeyd olunub ki, xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, noyabrın 3-də "Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov lazımi müayinələrdən keçirildikdən sonra həmin gün evə buraxılıb.

Xəbər lenti
0