14:39 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
66201

Siyahıda İŞİD silahlılarının xanımları da var

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın İraqdakı səfirliyi qadağan olunmuş "İslam Dövləti" (İŞİD) terror təşkilatına qoşulduqları güman edilən və Mosul radikal islamçılardan təmizlənəndən sonra İraq hökumətinin əlinə keçən azərbaycanlıların siyahısını Bağdaddakı müvafiq dövlət strukturlarına təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov məlumat verib.

Onun sözlərinə görə, siyahıda İŞİD silahlılarının xanımları da var. Hazırda İraqın müvafiq orqanları penitensiar müəssisələrdəki İŞİD-in sabiq tərəfdarı olan və ictimai təhlükə yaradan məhbuslar arasında həmin şəxsləri müəyyənləşdirməklə məşğuldur. 

Qadın və uşaqların döyüş zonasından qaytarılması üzrə komissiyanın məlumat bazasında nə qədər adamın olduğu hələlik açıqlanmır. Гафаров təkcə onu deyib ki, İraq ərazisində Azərbaycandan çox sayda qadın və uşaq var.

Qeyd edək ki, ötən bazar AR Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub. Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub.

"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir" — deyə DTX rəisi bildirib.

Qeyd edək ki, bir ay bundan əvvəl Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilənlərin sayı 151 nəfər idi. Mosul işğaldan azad ediləndən sonra hadisə yerində 40 nəfər azərbaycanlı silahlı müəyyən edilib və onlar sağ ələ keçiriliblər. Onlar da vətəndaşlıqdan məhrum edilib.

Hərbi əməliyyatların getdiyi ərazilərdə ölən azərbaycanlıların uşaqlarının ölkəyə qaytarılması proseduru barədə sualımıza cavabında Qafarov deyib ki, hələlik bunun mexanizmi hazırlanmayıb.

Əsas mövzular