Kəmalə Ağazadə: “Uşaqların yaxınları tapılana qədər onlara bütün yardımlar göstəriləcək”
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a deyir ki, məsələ ilə Xarici İşlər Nazirliyinin müvafiq idarəsinə məktub ünvanlanıb: “Uşaqların Azərbaycana qayıdışı səfirlik, Xarici İşlər Nazirliyi və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək. O uşaqlara dəstək göstərmək bizim vətəndaşlıq borcumuzdur”.
Qeyd edək ki, Rusiyanın RT telekanalı əməkdaşlarının Bağdaddakı sığınacaqlarda apardıqları çəkilişlər zamanı İŞİD-dən xilas edilənlər arasında iki azərbaycanlı uşağın olduğu da aydın olub.