23:50 23 Sentyabr 2017
Canlı yayım
Dini mahnıların ifaçısı Hacı Aydın Rza

Hər zəvvar 4 min dollar xərcləyib

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
37 0 0

"19 gün ərzində bütün təbəqələrdən olan insanlar ziyarətlərini keçirdilər. Ehram geyiminə görə, heç kim başqasından fərqlənmirdi"

BAKI, 14 sentyabr — Sputnik. "Bu il həcc ziyarətinə getmək üçün zəvvarlar 4000 dollar pullarından keçiblər". Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində keçirilən tədbirdə, dini mahnıların ifaçısı Hacı Aydın Rza deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti bu il çox gözəl təşkil olunub, zəvvarlar üçün rahat şərait yaradılıb: "19 gün ərzində bütün təbəqələrdən olan insanlar ziyarətlərini keçirdilər. Ehram geyiminə görə, heç kim başqasından fərqlənmirdi".

"Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarəti üçün 3850 dollar məbləğ təyin etmişdi, oraya otel, biletlər, ehram və avtobuslar daxildir. Lakin əlavə ödənişlər də olur. Məsələn, qurban kəsmək 120 dollar təşkil edir" — deyə o bildirib.

Əlaqədar

2017-ci ildə azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti necə keçib?
Səudiyyə Ərəbistanı Həcc ziyarəti barədə önəmli açıqlama yayıb
Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib
Həcc ziyarətinə gedənlər üçün bəd xəbər
Həcc ziyarəti üçün kvota məhdudiyyəti aradan qaldırıldı
Teqlər:
zəvvar, Həcc ziyarəti, dollar

Əsas mövzular