BAKI, 14 sentyabr — Sputnik. "Bu il həcc ziyarətinə getmək üçün zəvvarlar 4000 dollar pullarından keçiblər". Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində keçirilən tədbirdə, dini mahnıların ifaçısı Hacı Aydın Rza deyib.
Onun sözlərinə görə, Həcc ziyarəti bu il çox gözəl təşkil olunub, zəvvarlar üçün rahat şərait yaradılıb: "19 gün ərzində bütün təbəqələrdən olan insanlar ziyarətlərini keçirdilər. Ehram geyiminə görə, heç kim başqasından fərqlənmirdi".
"Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarəti üçün 3850 dollar məbləğ təyin etmişdi, oraya otel, biletlər, ehram və avtobuslar daxildir. Lakin əlavə ödənişlər də olur. Məsələn, qurban kəsmək 120 dollar təşkil edir" — deyə o bildirib.