08:41 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
625 0 0

İlham Əliyev 7 mart tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb

BAKI, 23 avgust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 442) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə "22" rəqəmləri "28" rəqəmləri ilə, "267" rəqəmləri "271" rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamın əlavəsi olan "İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı" yeni redaksiyada verilsin (əlavə olunur).

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Əlaqədar

İlham Əliyev əcnəbi qonaqları qəbul edib
İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalı ilə tanış olub
İlham Əliyev Gədəbəydə mineral su zavodu və yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev Samuxda bir neçə obyektin açılışında iştirak edib
İlham Əliyev Göygölə səfər edib
Teqlər:
içməli su, əhali, sərəncam, İlham Əliyev, prezident, Azərbaycan Respublikası

Əsas mövzular