BAKI, 23 avgust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 442) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə "22" rəqəmləri "28" rəqəmləri ilə, "267" rəqəmləri "271" rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Sərəncamın əlavəsi olan "İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı" yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".