Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət başçısından evsiz qalanlara müjdə

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Tikilməkdə olan bina dekabrın sonuna qədər təhvil veriləcək

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi yanğın zamanı evsiz qalmış insanların müvəqqəti sığınacağı üçün ərazidə 22 ədəd çadır quraşdırıb ki, burada da 88 nəfər yerləşdirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Sputnik Azərbaycan-a bildirib ki, bu gün icra başçısı Zakir Fərəcov sakinlərlə görüşüb və bildirib ki, ilkin olaraq 10 gün müddətində yanğın zamanı yataqxananın yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir olunacaq və zərərçəkmiş köçkünlər məskunlaşdıqları evlərə yığışacaqlar:

"Bu gün Zakir Fərəcov sakinlərlə görüşdü, onları dinlədi və bildirdi ki, tezliklə onların problemləri öz həllini tapacaq. Hazırda bu sakinlər üçün çadır qurulub. Müvəqqəti olaraq bu çadırlarda yaşayacaqlar. Yataqxana təmir edildikdən sonra isə hər kəs öz mənzilinə köçürüləcək. Onu da qeyd edim ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq qaçqın və məcburi köçkünlər üçün şəhərin 12-ci mikrorayonunda tikilməkdə olan bina dekabrın sonuna qədər təhvil veriləcək".

Xəbər lenti
0