22:48 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Leopard

Bakı sakinindən inanılmaz addım

CC0 / designerpoint / Leopard
CƏMİYYƏT
Qısa URL
117 0 0

Pulla aldığı bu bahalı və nadir heyvanı zooparka bağışladı, həm də reklam olunmasını istəmədi

BAKI, 29 iyun — Sputnik. Bakı sakini şəhər zooparkına dişi bəbir bağışlayıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Zoologiya Parkının direktoru Azər Hüseynov məlumat verib.

Bəbir 4,5 aylıqdır. Heyvan zooparka 2 həftə əvvəl hədiyyə edilib və artıq heyvanxana mühitinə adaptasiya olub. Hüseynovun sözlərinə görə, bəbiri hədiyyə edən şəxs adının açıqlanmamasını və heç yerdə hallandırılmamasını xahiş edib.

Məlum olub ki, ilk bəbiri də zooparka dörd il əvvəl başqa bir Bakı sakini hədiyyə edib. Hüseynov şəhər sakinlərinin bu heyvanları haradan əldə etdiklərini bilmədiyini deyib. Onları "yaxşı insanlar" kimi təqdim edən Hüseynov vurğulayıb ki, məhz belə insanların sayəsində Bakı zooparkı nadir heyvan növləri ilə zənginləşib. 

"Ola bilsin, onlar bu heyvanları alaraq bizə hədiyyə ediblər. Dəqiq məlumatım yoxdur. Gətiriblər və soruşublar ki, qəbul edə bilərik? Mən də demişəm ki, bilərik. Çünki bilirsiniz, zooparkda erkək var idi. Sevindim. Hazırda biz onları yedizdiririk. Heyvanlar adaptasiya olunurlar" — deyə zooparkın direktoru bildirib.

Hazırda Bakı zooparkında 150 növ heyvan var.

Əlaqədar

Siyasi şərhçilərdən hətta vəhşi heyvanlar belə qorxurlar
Mal-heyvan tövlədə yandı
Azərbaycanda naməlum heyvan skeleti tapıldı: yüzlərlə insan onu görməyə gedir
Vəhşi heyvanlar terrorçuları parça-parça etdi
Donald Tramp bu prezidenti “heyvan” adlandırdı
Teqlər:
heyvanxana, nadir heyvan növləri, leopard, zoopark, Bakı Zoologiya Parkı, Azər Hüseynov, Bakı

Əsas mövzular