23:31 17 Noyabr 2017
Canlı yayım
Noxud sahəsi

Erməni təxribatından bezən azərbaycanlı fermerin ağlagəlməz addımı

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
15754131

Uzun illər ermənilərin suyun qabağını kəsməsi əhalinin alternativ çıxış yolları axtarmasına səbəb olub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti təkcə torpaqlarımızın 20 faizinin işğalı ilə yekunlaşmır. Bundan əlavə, düşmən hər sahədə ölkəmizə qarşı təxribat törədir. Bu sahələrdən biri də kənd təsərrüfatıdır.

Yun
© Sputnik / Yevgeniya Novozhenina

1993-cü ildə Ağdərə rayonunun işğalı ilə, burada yerləşən Sərsəng Su Anbarı da düşmənin nəzarətinə keçdi. Hansı ki, bu su anbarı Respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Lakin ermənilərin neçə illərdir anbarın suyunu qışda buraxaraq, yazda kəsməsi sözügedən rayonlarda suvarma ilə bağlı ciddi problemlər yaradıb. Su probleminin həlli üçün bu ərazilərdə mütəmadi olaraq artezian quyuları qazılsa da, onlar hələ təsərrüfatçıların suvarma tələbatını ödəməyə yetərli deyil. Bunun üçün də əhali yeni alternativlər axtarır.

Рамиль Агаев
© Sputnik / İlham Mustafa
Рамиль Агаев

Yevlax rayonu Qaramanlı kənd sakini Ramil Ağayev isə bu istiqamətdə bir ilkə imza atıb. O, bölgədə ilk dəfə olaraq susuzluğa davamlı noxud bitkisi əkməyə qərar verib. Nəticədə istifadəsində olduğu 20 ha ərazinin yarısını noxud əkini üçün ayırıb.

Mart ayının əvvəllərində səpilən noxud, hazırda 20-30 sm hündürlükdədir. Azərbaycanda, əsasən cənub zonası üçün xarakterik olan bitkinin toxumunu fermer 5-6 manata əldə edib. Hektara 80 kq toxum əkildiyini deyən Ramil Ağayev, iyun ayının 15-ə artıq məhsulun yığıma hazır olacağını bildirir.

"Neçə illərdir vaxtında suvarılmama səbəbindən əkin sahələri quruyur və əziyyət çəkirdim. Bu səbəbdən suyadavamlı olan noxud əkininə üstünlük verdim" – deyir həmsöhbətimiz.

Ağayevin sözlərinə görə, ilk dəfədir bu ərazidə noxud əkilir: "Noxudu demək olar ki, suvarmaq lazım gəlmir. Noxudun bir üstünlüyü də ondadır ki, bu, həm də torpağa gübrə verir. Noxud əkilən ərazinin torpağı çox güclənir".

O, bu il noxuddan istədiyi məhsulu götürəcəyi təqdirdə, gələn il əkin sahəsini daha da genişləndirmək fikrindədir.

Əlaqədar

Payızlıq əkin üçün yeni sahələr istismara verilib
Yanğın kəndliləri qorxuya saldı
Kənd sakinlərinin sıxıntılarının həllinə yönəlik mühüm təklif
Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub
İnəkboğan kəndində təlaş
Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək
Teqlər:
noxud, Ramil Ağayev, Sərsəng Su Anbarı, işğalçılıq siyasəti, suvarma, əkin, Ermənistan, Azərbaycan, təxribat, torpaq, düşmən

Əsas mövzular