00:15 01 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
59911

"Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər müzakirəyə çıxarılacaq

BAKI, 7 mart — Sputnik. Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

İclasda Milli Məclis komitəsinin üzvünün seçilməsi, A.S.Quliyevin, V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankının İdarə Heyətinin üzvləri təyin edilməsi məsələlərinə baxılacaq. Plenar iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi müzakirə olunacaq.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Reklam haqqında" qanunlarda dəyişikliklərə baxılacaq. İclasda "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Əlaqədar

Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edib
Milli Məclisin Xocalı soyqırımının 25 illiyi ilə bağlı iclası keçirilir
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisin yaz sessiyasında bu qanun layihələrinə baxılacaq
Milli Məclis adlar və soyadlarla bağlı qanun layihəsini nəzərdən keçirəcək
Milli Məclis dünya azərbaycanlılarına müraciət edib
Teqlər:
qanun layihəsi, yaz sessiyası, plenar iclas, Milli Məclis, pensiya, müzakirə

Əsas mövzular