06:10 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
65712

İnsan ömrünün maksimum həddi ilə bağlı ekspertlərin fikirləri üst-üstə düşmür

BAKI, 20 fev — Sputnik. Gələcəkdə insanlar 500 ilə qədər yaşaya biləcəklər. Belə bir bəyanatla "Google" korporasiyasının layihəsində iştirak edən alimlər çıxış ediblər.

Onlar qeyd ediblər ki, insanlar hətta indinin özündə balanslaşdırılmış qida qaydalarına riayət etmək, zərərli vərdişləri tərgitmək və rejimə əməl etməklə 120 ilə qədər yaşaya bilirlər: "Gələcəkdə, müasir genetika və neyrocərrahiyyənin imkanlarından istifadə etməklə, ömrü 500 ilədək uzatmaq mümkün olacaq".

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı mütəxəssislərin rəyini soruşub. Azərbaycanda orta yaş müddətinin 60-70 yaş arası dəyişdiyi nəzərə alınsa, 500 il yaşamaq perspektivi ilə bağlı peşəkarların rəyi maraqlı olub.

Tibbi Üsullarla Müalicə Mərkəzinin direktoru Seyfəddin Əsəd bildirib ki, insan 500 yaşa kimi yaşaya bilər: "Mən həmişə bu fikiri dəstəkləyirəm. Hətta qeyd edirəm ki, hazırda insan ömrü 300 ildən çox ola bilər. Uşaq doğulmazdan öncə ana düzgün qidalanarsa, daha sonra insan düzgün həyat tərzi sürərsə, uzun illər yaşaya bilər. Düzgün yaşam tərzi deyəndə təmiz hava, təmiz qidalar, təmiz su və daimi hərəkət və düzgün yuxu (axşam 10-dan səhər 6-ya kimi) nəzərdə tutulur. Bunlar olarsa, o zaman insan uzunömürlü ola bilər".

Həkim düzgün qidalanma haqqında bəzi məqamları qeyd edib: "İnsan gündə 2-3 litr su içməlidir. Bu mayenin çox hissəsini günortaya kimi etmək olar, eyni zamanda axşam 5-dən sonra yemək yeyilməməlidir, kompüterdən və mobil telefondan uzaq durmaq lazımdır. Bir faiz enerjisi qalan telefonla danışmaq olmaz, güclü şüalanma verir, dərman həblərini soyuq su ilə içmək olmaz, yemək yeyib uzanmaq olmaz. Bu kimi qaydalara riayət olunarsa insan sağlam olar".

O, qeyd edib ki, yaponlar bütün bunlara riayət etdiyi üçün onlarda yaşam həddi daha çoxdur: "Hətta yaxın illərdə 50 mindən çox yapon 120 yaşdan çox yaşayacaq. Səbəb isə düzgün qidalanma və ətrafı düşünmədən yalnız özlərini düşünmələridir. Stress, əsəb insan ömrünü qısaldır. Bunlar olmazsa, insan daha çox yaşamaq iqtidarındadır".

Həkim Rasif Bağırov isə insanın 500 il yaşamasını qeyri-mümkün hesab edir: "İnsan 500 il yaşaya bilməz. İnsan orqanizmi üçün yaşam maksimum 150 ildir. İnsan orqanizmi heç 200 il də yaşaya bilməz. Müasir dövrdə düzgün qidalanma və şərait olsa da, ətraf mühitin çirklənməsi və təbii qidaların azlığı insan ömrünü azaldır".

"Amma insan təmiz qidalarla qidalansa, təmiz havada olarsa və düzgün yaşayarsa 150 yaşa qədər yaşaya bilər. Artıq Avropada 90 yaş adi yaş sayılır. Çünki orada insanların daxili orqanlarında problem yaşanan kimi, ciddi müalicə aparılır, hətta tibbi müdaxilə vasitəsilə orqanları dəyişdirilir. Bunun da nəticəsində insanlar bir qədər çox yaşaya bilirlər. Amma tibbi yol belə, insanın 500 il yaşamasını təmin edə bilməz" — həkim əlavə edib.

Azərbaycanlı ilahiyyatçı Hacı Şahin məsələyə dini baxımdan yanaşıb. O, qeyd edib ki, "Qurani-Kərim"də insanların maksimum neçə yaş yaşaya biləcəyi ilə bağlı konkret məhdudiyyət yoxdur: "Quran kitabımızda yalnız o yazılır ki, insanların hamısı mütləq ölümü dadacaq. Eyni zamanda, Nuh peyğəmbər haqqında yazılıb ki, peyğımbər 950 il yaşayıb və dini təbliğ edib. Görünür, bəzi peyğəmbərlərin ömürləri uzun olub. Yəni bunu qeyri-mümkün hesab etmirəm. Elmi yollarla bu mümkün olarsa, insan bu qədər yaşaya bilər".

Əlaqədar

Onun tövsiyyələrinə əməl etsəniz, ömrünüz uzanar
Ən azı, ömrünüzdə bir dəfə bu ölkəyə ayaq basın!
Bu idman növü ömrü uzadır
Ömrü mübarizədə keçən qadın: "Dua edirdim ki, biz çatanadək canına qıymasın"
Ömrün müddəti insanın intellektindən asılıdır
Onlar olmasa, insan ömrü 10 ilin altına düşər
Xolesterinin ömrü uzatdığı məlum olub
Teqlər:
Seyfəddin Əsəd, sağlam, 500 il, yaş, ömür, tibb, Sputnik Azərbaycan, Rasif Bağırov, qida, Hacı Şahin, insan

Əsas mövzular