CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar əsgərliyə getməlidirlərmi?

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidQadın hərbçi, arxiv şəkli
Qadın hərbçi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qarabağ müharibəsi veteranı Əlövsət Qasımov: "Bir hərbçi kimi deyə bilərəm ki, səngər, əsgərlik qadın üçün deyil"

BAKI, 12 fev — Sputnik. Gürcüstan vətəndaşı İrina Barbakadze ölkə parlamentinə qadınların məcburi hərbi xidmətə çağırılması barədə qanunun qəbulunu təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, o, artıq bu barədə qanun layihəsini ölkənin ali qanunverici orqana təqdim edib və layihə onun təşəbbüsü ilə yanvarın 30-da qeydiyyata alınıb. 

Bu qanun layihəsinin məqsədi Gürcüstan ordusunu gücləndirmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, əraziləri geri qaytarmaq və ölkəni birləşdirməkdir. Sputnik Azərbaycan-ın əməkdaşı müharibə şəraiti mövcud olan Azərbaycanda da qadınların məcburi hərbi xidmətə çağırıla bilmə məsələsini mütəxəsislərdən soruşub. 

Qadın hərbçi, arxiv şəkli - Sputnik Azərbaycan
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb oluna bilər

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu məsələ kifayət qədər ciddidir: “Belə qanun qəbul edilməzdən öncə ciddi ictimai sorğu keçirilməlidir və sonra qərar verilməlidir. Könüllü olaraq xanımlar əsgərliyə gedə bilərlər. Amma bunu məcburi etmək bir qədər çətin prosesdir. Çünki qadınlar özlərini hazır görmürsə və əsgər gedərkən orduya xeyirdən çox ziyan vuracaqsa, o zaman belə qanunu həyata keçirmək doğru deyil. Hər hansı bir təkliflə belə məsələni gündəmə gətirmək düzgün olmaz. Qadınların da bu təşəbbüsü istəyib-istəməməsi önəmlidir”. 

Zeynalova onu da qeyd edib ki, Azərbaycanda belə bir təklifə zərurət görmür: “Hal-hazırda Azərbaycanda kişilərin sayı qadınlardan çoxdur və bu məsələyə ehtiyac duyulduğunu düşünmürəm”. 

Qarabağ müharibəsi veteranı Əlövsət Qasımov (General Əlibəy) sərt şəkildə bu məsələyə qarşı çıxıb: “Biz azərbaycanlıyıq. Biz qeyrətimizə və namusumuza sığışdırmarıq ki, kişilərimiz qala-qala ana-bacılarımız əsgər getsin. Arxa cəbhədə qadınların orduya köməyi əvəzsizdir. Amma ön cəbhəyə qadınları yollamaq olmaz. Bu bizə yaraşmaz. Qadın nə qədər desə də güclüdür, bu mümkün deyil. Qadın hərbi üçün zəifdir və müharibədə olması üçün çoxlu hərbi təlimlərdə olmalıdır, buna da uzun illər lazım olar. Bir sözlə, bu bir qadın üçün çox çətindir. Bir hərbçi kimi deyə bilərəm ki, səngər, əsgərlik qadın üçün deyil. Ona görə belə bir qərarın qəbul olunmasının qəti əleyhinəyəm”. 

Xəbər lenti
0