21:59 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
283870

Lənkəranlı fermer öz təsərrüfatında min baş Rusiya sortu olan ördək və 200 baş bildirçin saxlayır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 yan — Sputnik. Lənkəranın Şürük kənd sakini Rauf Mahmudov, şəxsi vəsaiti hesabına quşçuluq ferması yaradıb. O, fermasında Rusiyadan gətirdiyi min baş ördək və 200 baş bildirçin saxlayır.

R. Mahmudovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, saxladığı bütün bildirçinlər yumurta qoyan fərələrdir. Bundan əlavə, təsərrüfatda ümumilikdə 90 min yumurta tutumlu inkubator var. Bu inkubatorlarda 600-700 ədəd bildirçin yumurtası və 15 min toyuq yumurtası bala çıxarılması üçün saxlanılır.

  • Quşçuluq ferması
    Quşçuluq ferması
    © Sputnik / Rahim Murad
  • Fermada min baş ördək və 200 baş bildirçin saxlanılır
    Fermada min baş ördək və 200 baş bildirçin saxlanılır
    © Sputnik / Rahim Murad
  • Quşçuluq ferması
    Quşçuluq ferması
    © Sputnik / Rahim Murad
  • Rauf Mahmudov
    Rauf Mahmudov
    © Sputnik / Rahim Murad
  • Bildirçin yumurtası
    Bildirçin yumurtası
    © Sputnik / Rahim Murad
  • İnkubator
    İnkubator
    © Sputnik / Rahim Murad
  • Bildirçin
    Bildirçin
    © Sputnik / Rahim Murad
1 / 7
© Sputnik / Rahim Murad
Quşçuluq ferması

Ferma sahibi fevralın 15-dən sonra ördək yumurtalarının da inkubatorlara yerləşdiriləcəyini deyir. O, bütün ölkə ərazisinə ördək balalarının satılması üçün sifarışləri indidən qəbul edib. Dediyinə görə, ölkədə ikinci belə bir ördək ferması yoxdur.

Rauf Mahmudov, dövlət dəstəyi olarsa, fermasının məhsullarını xaricə ixrac etmək niyyətindədir. Xüsusi olaraq vurğulayaq ki, quşçuluq təsərrüfatında olan inkubatorların hamısını Mahmudov özü düzəldib.

Əlaqədar

Fermadan nifrət və ayrı-seçkilik yayan dini ədəbiyyat tapılıb
Azərbaycanda qurbağa ferması yaradılıb
Azərbaycan İrandan gətirilən diri quş və quşçuluq məhsullarına məhdudiyyət qoyub
Yumurtanın qiymətini qaldıran “Giləzi Quşçuluq” MMC-nin vəzifəli şəxsləri həbs edilib
Teqlər:
inkubator, bildirçin, Rauf Mahmudov, ferma, quş, fermer, yumurta, Lənkəran, ördək

Əsas mövzular