03:17 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Yasamal qəbiristanlığı

Bakıda qəbiristanlıqların "qaynar xətti" varmış

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
128210

Paytaxt qəbiristanlıqlarında boş yer qalmayıb. Gələcəkdə isə qəbiristanlıqda yerlər nömrə ilə veriləcək.

BAKI, 30 dek — Sputnik. Hazırda Azərbaycanın paytaxtının ərazisində 100-ə yaxın qəbiristanlıq var və onlardan yalnız 32-si Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansındadır. Bu barədə Sputnik-ə Trestin baş mühəndisi Sabir Həsənov, Milli Məclisin 2017-ci ildə baxacağı "Qəbiristanlıqlar haqqında" qanun layihəsini şərh edərkən bildirib.

Qanun layihəsində qəbiristanlıqlar, qəbirlər, baş və qəbirüstü daşları, qəbirlər arasındakı məsafə, qəbiristanlıqlarla yaşayış məntəqələri arasındakı məsafə, tənha insanların dəfni və digər məsələlər əksini tapıb. Bununla yanaşı, Həsənovun sözlərinə görə, hazırda ailədəki cütlüyün üzvlərindən biri öldükdə, onun dəfn edildiyi qəbiristanlıqda və onun qəbrinin yanında o biri üzv üçün də yerin bron edilməsi qaydası işləyir.
"O da var ki, hər bir cütlük üçün qəbiristanlıqda onların arzusuna müvafiq olaraq 10 kvadratmetr yer ayrılır. Bunun üçün cütlüyün üzvlərindən biri vəfat etmiş şəxsin yanında boş yerin saxlanılması ilə bağlı ərizə yazmalıdır." — deyə Həsənov bildirib.

Onun sözlərinə görə, bir nəfərin dəfn qiyməti tikinti materiallarının qiyməti istisna olmaqla, 63 manatdır. Qəbiristanlıqdakı ən bahalı yerlə bağlı danışmaq üçün Trestdə "qaynar xətt" (yeri gəlmişkən, Sputnik "qaynar xətt"in telefonunu da əldə edib — (012) 510 83 08 — red.) fəaliyyət göstərsə də, Həsənovun sözlərinə görə, hələlik vətəndaşlardan heç kim şikayətlə müraciət etməyib.

Həsənov həmçinin qeyd edib ki, yalnız 32 qəbiristanlıq Trestin balansına daxildir. Yerdə qalanlar isə bələdiyyələrə və paytaxt rayonlarının icra hakimiyyətlərinin nümayəndəliklərinə tabedir.

"Hazırda paytaxtın mərkəzi qəbiristanlıqlarında yer, ümumiyyətlə yoxdur. Yalnız əvvəlcədən tutulmuş yerlər qalıb. Biz artıq Nazirlər Kabinetinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik ki, dəfn üçün əlavə yerlər versinlər. Amma hələlik bu problem həllini tapmayıb. Boş yerlər ancaq şəhər kənarında var" — deyə Həsənov bildirib.

Onun sözlərinə görə, gələcəkdə qəbiristanlıq sahələrində yerlər nömrə ilə veriləcək.

Əlaqədar

İki milyard insan bu qəbirdən nə çıxacağını gözləyirdi və...
Azərbaycanda arxeoloqları heyrətləndirən qəbir aşkarlanıb
Müsəlman qəbiristanlığını belə dağıtdılar
"İlan çarlığı"nın altındakı sirli qəbirlər açıldı
Azərbaycanda bu da varmış – gölün içində qəbiristanlıq
Başsız bədənin uyuduğu sirli qəbir
Azərbaycanda qəbiristanlıq yandı
Teqlər:
qaynar xətt, Sabir Həsənov, paytaxt, qəbiristanlıq, qəbir, Bakı, Azərbaycan

Əsas mövzular