BAKI, 27 dek — Sputnik. "Azərbaycanda qəbiristanlıqlarla bağlı məsələ qanun layihəsi formasında Milli Məclisə təqdim olunub". Sputnik xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ilin yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, layihənin hazırlanmasında komitə yaxından iştirak edib: "Yaxın zamanda bu məsələ müzakirə olunacaq".