15:46 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
668931

Metro çıxışlarında qurulan çadırlar nə üçündür?

BAKI, 13 dek — Sputnik. Artıq bir neçə gündür, paytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında uzun çadırlar qurulub. İlk baxışda mərasim zalını xatırladan bu çadırlar, sən demə, yeni il ərəfəsində əhalinin kasıb təbəqəsini ucuz məhsullarla təmin etmək üçün qurulub.

Bu barədə Sputnik-ə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, çadırların qurulmasında əsas məqsəd pərakəndə satışın qarşısını almaqdır.

Paytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında uzun çadırlar qurulub
© Sputnik / Fuad Hasanov
Paytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında uzun çadırlar qurulub

"Metro çıxışlarında qurulan çadırlar yeni il yarmarkalarıdır. Bakı Şəhər İcra Hakimiyyətinin qurumu olan Ticarət və Xidmət Departamentinin təşkil etdiyi çadırlardır. Burada əsas məqsəd pərakəndə satışın qarşısını almaqdır. Yarmarkalar mağazalara nisbətən ucuz və keyfiyyətli olacaq. Bir sözlə insanların həmin məhsulları almağa imkanları çatacaq", — Bağırov bildirib.

Çadırlarda, əsasən yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı nəzərdə tutulub
© Sputnik / Fuad Hasanov
Çadırlarda, əsasən yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı nəzərdə tutulub

O, sözügedən yarmarkalarda nə cür məhsulların satılacağı barədə bunları deyib: "Yarmarkalarda, əsasən yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı nəzərdə tutulub. Qida məhsullarından, ancaq şirniyyatlar nəzərdə tutulub ki, bu da şaxta babanın öz boğçasından uşaqlara hədiyyə verməsi üçündür".

Ticarət və Xidmət Departamenti mətbuat xidmətindən Sputnik-ə bildirilib ki, yeni il yarmarkaları yanvar ayının 10-dək davam edəcək: "Yarmarkalar maksimum gələn ayın 5-i və ya 10-na kimi davam edəcək. Bundan artıq olacağını zənn etmirəm".

Təşkil edilən yarmarkalar vətəndaşların üzünü az da olsa, güldürə bilib. Paytaxt sakini Hüseyn Məmmədov Sputnik-in əməkdaşı ilə söhbət zamanı deyib ki, yarmarkalar pərakəndə satışa nisbətən daha ucuz olduğu üçün, insanlar pullarına qənaət edə biləcəklər: "İl ildən ağır gəlir. 2017-ci ilin də ağır keçəcəyini deyirlər. Heç olmasa, ara-sıra belə yarmarkalar təşkil edib insanların üzünü güldürsünlər".

Əlaqədar

Yarmarkada bayram əhval-ruhiyyəsi: Bakıda geri sayım başladı
Bakıda əmək yarmarkası keçiriləcək
Bal yarmarkası Bakı sakinlərini və qonaqları dəvət edir
Azərbaycan Beynəlxalq Turizm yarmarkasında təmsil olunub
Azərbaycanda Novruz bayramını xalq gəzintiləri və yarmarkalarla qarşılayırlar
Lənkəran camaatı bayram yarmarkasına axışıb
Teqlər:
Ticarət və Xidmət Departamenti, Əlabbas Bağırov, yeni il, çadır, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı, yarmarka, paytaxt

Əsas mövzular