CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının müxtəlif ərazilərində çadırlar qurulub

© Sputnik / Fuad HasanovÇadır
Çadır - Sputnik Azərbaycan
Abunə olmaq
Metro çıxışlarında qurulan çadırlar nə üçündür?

BAKI, 13 dek — Sputnik. Artıq bir neçə gündür, paytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında uzun çadırlar qurulub. İlk baxışda mərasim zalını xatırladan bu çadırlar, sən demə, yeni il ərəfəsində əhalinin kasıb təbəqəsini ucuz məhsullarla təmin etmək üçün qurulub.

Bu barədə Sputnik-ə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, çadırların qurulmasında əsas məqsəd pərakəndə satışın qarşısını almaqdır.

© Sputnik / Fuad HasanovPaytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında uzun çadırlar qurulub
Paytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında uzun çadırlar qurulub - Sputnik Azərbaycan
Paytaxtda əhalinin sıx olduğu yerlərdə, əsasən də metro çıxışlarında uzun çadırlar qurulub

"Metro çıxışlarında qurulan çadırlar yeni il yarmarkalarıdır. Bakı Şəhər İcra Hakimiyyətinin qurumu olan Ticarət və Xidmət Departamentinin təşkil etdiyi çadırlardır. Burada əsas məqsəd pərakəndə satışın qarşısını almaqdır. Yarmarkalar mağazalara nisbətən ucuz və keyfiyyətli olacaq. Bir sözlə insanların həmin məhsulları almağa imkanları çatacaq", — Bağırov bildirib.

© Sputnik / Fuad HasanovÇadırlarda, əsasən yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı nəzərdə tutulub
Çadırlarda, əsasən yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı nəzərdə tutulub - Sputnik Azərbaycan
Çadırlarda, əsasən yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı nəzərdə tutulub

O, sözügedən yarmarkalarda nə cür məhsulların satılacağı barədə bunları deyib: "Yarmarkalarda, əsasən yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı nəzərdə tutulub. Qida məhsullarından, ancaq şirniyyatlar nəzərdə tutulub ki, bu da şaxta babanın öz boğçasından uşaqlara hədiyyə verməsi üçündür".

Ticarət və Xidmət Departamenti mətbuat xidmətindən Sputnik-ə bildirilib ki, yeni il yarmarkaları yanvar ayının 10-dək davam edəcək: "Yarmarkalar maksimum gələn ayın 5-i və ya 10-na kimi davam edəcək. Bundan artıq olacağını zənn etmirəm".

Təşkil edilən yarmarkalar vətəndaşların üzünü az da olsa, güldürə bilib. Paytaxt sakini Hüseyn Məmmədov Sputnik-in əməkdaşı ilə söhbət zamanı deyib ki, yarmarkalar pərakəndə satışa nisbətən daha ucuz olduğu üçün, insanlar pullarına qənaət edə biləcəklər: "İl ildən ağır gəlir. 2017-ci ilin də ağır keçəcəyini deyirlər. Heç olmasa, ara-sıra belə yarmarkalar təşkil edib insanların üzünü güldürsünlər".

Xəbər lenti
0