19:10 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
51 0 0

Ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə isə 20 manat cərimə tətbiq ediləcək

BAKI, 14 okt — Sputnik. Şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarda, sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişib. Sputnik xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda, sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək. Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə 20 manat cərimə tətbiq ediləcək.

Dəyişikliyə əsasən, "biletsiz" və "sərnişinin biletsiz" sözləri "müvafiq qaydada ödəniş etmədən" və "müvafiq qaydada ödəniş edilmədən sərnişinin" sözləri ilə dəyişdirilib. Layihə səsə qoyularaq qəbul olunub.

Əlaqədar

Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı
Sahibkarlıqla bağlı qanunvericilik sərtləşdirildi
Şəhid ailələrinə yeni güzəştlər ediləcək
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna dəyişiklik edildi
Milli Məclisin növbəti plenar iclası başlayıb
Teqlər:
sərnişin, bilet, İnzibati Xətalar Məcəlləsi, avtobus, sürücü, cərimə

Əsas mövzular