14:39 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
163 0 0

Ailə Psixoloqu İnstitutu yaradılması ilə bağlı psixoloqların yanaşmaları fərqlidir

BAKI, 4 okt — Sputnik. Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq. Sənədlər tam hazır olduqdan sonra aidiyyəti qurumlara göndəriləcək. Ötən həftə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova belə açıqlama vermişdi.

Mövzunu Sputnik-ə şərh edən sosio-psixoloq Əhəd Kazımov sözügedən yeniliyin həm psixoloqlar, həm də cəmiyyət üçün xeyirli olacağını deyib: "Hətta bir təklif də irəli sürə bilərdim ki, bu layihədə dəvət olunacaq psixoloqlar yalnız, ən azı 4 il təhsil almış şəxslər olsunlar. Sonradan hansısa kursu oxuyub özlərini psixoloq adlandıranlar olmasınlar".

Psixoloq Şükran Dədəyev də hər bir ailənin psixoloqu olmasını vacib hesab edir: "Bu layihəni alqışlamaq lazmdır. İstənilən halda cəmiyyətə xeyirli layihədir. Hər bir ailənin özünün psixoloqu olmalıdır. Müasir dövrümüzdə bu sahəyə böyük təlabat var. Sadəcə olaraq bu işin təşkilindən çox şey asılıdır. Komitə məsələnin üzərinə ciddi düşsə və güclü layihələr həyata keçirsə, az bir zamanda böyük nəticələr əldə etmək olar".

Uşaq psixoloqu Aynur Bünyadova təşəbbüsün uşaqlara faydasından danışıb: "Əgər bu institut dövlət qurumu olacaqsa, müsbət nəticələr əldə edəcəyik. Çünki, şəhərdə özəl psixoloji xidmət mərkəzləri çoxdur, amma xidmətlərin qiymətləri çox baha olduğundan ailələr müraciət edə bilmir".

"Amma bu layihə dövlət tərəfindən maliyyələşsə, imkansız ailələrə yardım etsələr, çox yaxşı nəticələr əldə etmək olar. Psixoloji xidmətlər bahadır və hər bir ailənin imkanı çatmır ki, psixoloqa müraciət etsin. Ona görə də, məhz belə bir institutun yaradılması ilə imkansız ailələrə böyük yardım etmiş olar dövlət", — A. Bünyadova bildirib.

Psixoterapevt Dəyanət Rzayev isə hazırda ölkədə peşəkar psixoloq çatışmazlığı var: "Bu gün Azərbaycanda xeyli sayda psixoloq var. Psixoloq olmaq üçün, təkcə 4 il universitetdə oxumaq yetmir. Əlavə təhsil almalı, çox sayda seminarlarda iştirak etməli və psixologiyanın sirrlərini bilməlisən".

"O ki qaldı bu layihəyə, düşünürəm ki, kağız üzərində qalacaq. Bir neçə cavan qızı götürüb psixoloq edəcəklər və layihəni həyata keçirəcəklər. Əgər düzgün və səmərəli iş görmək istəyirlərsə, mən onlara kömək edə bilərəm. Çünki, bu sahəni mən illərdir araşdırıram. Əks halda, pulu ciblərinə qoyacaqlar, bir-iki nəfəri psixoloq adı ilə cəlb edəcəklər və hər şey bitəcək", — D. Rzayev qeyd edib.

O, bunun çətin və məsuliyyətli layihə olduğunu və başqa qurumların da bu işə cəlb edilməsinin vacibliyini vurğulayıb: "Bu layihəyə təcili tibbi yardım briqadaları, sahə həkimləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumlar cəlb olunmalıdır. Xarici təcrübəni öyrənmək lazımdır. Amma o təcrübəni olduğu kimi Azərbaycanda tətbiq etmək olmaz. Hər ölkənin psixologiya haqqında qanunları fərqlidir. Bu qanunlar hazırlanarkən həmin millətin mentaliteti, ümumi psixologiyası nəzərə alınıb".

Əlaqədar

"Elmarın uşaq yaşlarından yarışlarla bağlı psixoloji problemi olmayıb"
Yapon cüdoçular onun üçün psixoloji baryerdir
Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb
Manat dollara qarşı psixoloji baryeri aşdı
Çətin məqamlarda bu psixoloji taktikaya əl atın
Hərbi hissələrin psixoloqları ilə toplantı keçirilib
Teqlər:
Şükran Dədəyev, Aynur Bünyadova, Əhəd Kazımov, Ailə Psixoloqu İnstitutu, psixologiya, Dəyanət Rzayev, psixoloq

Əsas mövzular