BAKI, 28 sen-Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yaxın gələcəkdə Azərbaycanda Ailə Psixoloqu İnstitutunun yaradılacağını deyib.
Sputnik-in məlumatına görə, Hüseynova bu fikri Milli Məclisdə "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
O qeyd edib ki, Komitə bununla bağlı lazımi işləri görür və müvafiq sənədləri hazırlayır. "Sənədlər tam hazır olduqdan sonra aidiyyəti qurumlara göndəriləcək" — deyə Hüseynova bildirib.
Xatırladaq ki, son vaxtlar Azərbaycanda ailələrin dağılması, boşanmaların sayının artması və ailə-məişət zəminində törədilmiş cinayətlərin çoxalması, ölkədə Ailə Psixoloqu İnstitutunun yaradılması zərurətini doğurub.