05:48 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Rüfət Aslanlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

"Vətəndaşları ən çox sığorta sektoru narahat edir"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1801

Rüfət Aslanlı: "Hələlik Palatanın nəzarət etdiyi sahələr arasında əhalini daha çox narahat edən sığorta sektoru ilə bağlı olan məsələlərdir. Bu da göstərir ki, görülməli işlər var"

BAKI, 23 iyun — Sputnik. Ötən il ölkədə sığorta yığımlarının 3 dəfə, ödənişlərin 2 dəfə artmasına baxmayaraq, hazırda iqtisadiyyatda müşahidə olunan proseslər səbəbindən sığorta xidmətlərinə tələbat azalıb, icbari sığorta sektorunda isə maliyyə intizamı zəifləyib.

Sputnik xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda başlayan beynəlxalq sığorta forumunda bildirib. Onun sözlərinə görə, son 5 ildə Azərbaycanın sığorta sektorunda əhəmiyyətli kəmiyyət nəticələri əldə olunub, bu sahənin ÜDM-də rolu artıb.

"Hələlik Palatanın nəzarət etdiyi sahələr arasında əhalini daha çox narahat edən sığorta sektoru ilə bağlı olan məsələlərdir. Bu da göstərir ki, görülməli işlər var. Müsbət hal odur ki, bu sahənin əməkdaşları aktiv əməkdaşlıq edirlər", — R. Aslanlı bildirib.

MBNP əlavə edib ki, bu gün sığorta sektorunda sağlam rəqabətin təmin olunması üçün yetərli dərəcədə effektiv hüquqi çərçivə formalaşıb: "Düzdür, hələ görülməli işlər var. Amma bütövlükdə həm hüquqi, həm administrativ, həm inzibati çərçivə real nəticələrin əldə olunmasına şərait yaradır".

Əlaqədar

Artıq sığorta məlumatlarımızı ələ keçirə bilməyəcəklər
Avtomobillərin icbari sığortası ilə bağlı yenilik edildi
"Bəziləri sığortaya təhlükəsizlik təminatı kimi deyil, qazanc mənbəyi kimi baxırlar"
Sığorta problemləri nə vaxt həll olunacaq?
Sığorta bazarında ödənişlərin statistikası
Teqlər:
MBNP, Rüfət Aslanlı, Maliyyə Bazarlarına Nəzarət Palatası, siğorta, xidmət

Əsas mövzular