02:06 02 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6301

Burada kimsəsiz uşaqlar 18 yaşınadək yaşayır və 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə, onların kiçik qrup evində yaşamasına icazə verilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Bu gün Lənkəranda oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evinin açılışı olub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, açılışda təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib. Açılışdan sonra M. Cabbarov və T. Qaraşov binada yaradılan şəraitlə tanış olub. 

Təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qrup evinin rəmzi açılışını bildirən qırmızı lenti kəsirlər
© Sputnik / Rahim Muradov
Təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qrup evinin rəmzi açılışını bildirən qırmızı lenti kəsirlər

Məlumat üçün bildirək ki, Lənkəran Şəhəri M. M. Axund küçəsi 43 ünvanında yerləşən binanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb. 2 nömrəli ailə tipli kiçik qrup evinə yerləşdirilməsi üçün dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olan tam kimsəsiz 12 nəfər oğlan uşağı seçilib.

Binanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb
© Sputnik / Rahim Muradov
Binanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb

Qeyd edək ki, bu tip evlərdə kimsəsiz uşaqlar 18 yaşınadək qayğı ilə əhatə olunaraq yaşayır və 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə, onların kiçik qrup evində yaşamasına icazə verilir. Azərbaycanda Türkiyə modeli tətbiq olunduğundan oğlanlar və qızlar üçün ayrı-ayrılıqda kiçik qrup evləri yaradılır.

Açılışdan sonra isə təhsil naziri M. Cabbarov sakinlərlə görüş keçirib. Nazir Lənkəran Heydər Əliyev Mərkəzində Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad rayonlarından olan sakinləri qəbul edib və müraciətlərini dinləyib. Görüşdə əksər məsələlər yerindəcə həll edilib. Nazirliyin səlahiyyətinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Əlaqədar

Ölkədə sosial müavinət və yardımla təmin olunanların 46%-i uşaqlardır
Azərbaycanda ayı uşaq bağçasına hücum edib
Uşaqlarınızı Bakının bu ərazisindən uzaq tutmağınız məsləhətdir
Küçə uşaqlarına dair acınacaqlı statistika
"Uşaq baxçaları icra hakimiyyətlərinin "yem yeri" olmaqdan qurtulmalıdır"
Küçə uşaqlarının həyatındakı dəhşətli reallıqlar
Teqlər:
Taleh Qaraşov, 2 nömrəli ailə tipli kiçik qrup evi, oğlan, Mikayıl Cabbarov, Lənkəran

Əsas mövzular