CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda ailə tipli kiçik qrup evi yaradılıb

© Sputnik / Rahim MuradovLənkəranda ailə tipli kiçik qrup evi yaradılıb
Lənkəranda ailə tipli kiçik qrup evi yaradılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Burada kimsəsiz uşaqlar 18 yaşınadək yaşayır və 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə, onların kiçik qrup evində yaşamasına icazə verilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Bu gün Lənkəranda oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evinin açılışı olub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, açılışda təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib. Açılışdan sonra M. Cabbarov və T. Qaraşov binada yaradılan şəraitlə tanış olub. 

© Sputnik / Rahim MuradovTəhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qrup evinin rəmzi açılışını bildirən qırmızı lenti kəsirlər
Təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qrup evinin rəmzi açılışını bildirən qırmızı lenti kəsirlər - Sputnik Azərbaycan
Təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qrup evinin rəmzi açılışını bildirən qırmızı lenti kəsirlər

Məlumat üçün bildirək ki, Lənkəran Şəhəri M. M. Axund küçəsi 43 ünvanında yerləşən binanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb. 2 nömrəli ailə tipli kiçik qrup evinə yerləşdirilməsi üçün dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olan tam kimsəsiz 12 nəfər oğlan uşağı seçilib.

© Sputnik / Rahim MuradovBinanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb
Binanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb - Sputnik Azərbaycan
Binanın tikintisinə 2014-cü ildə başlanılıb və bu ilin may ayında başa çatdırılıb

Qeyd edək ki, bu tip evlərdə kimsəsiz uşaqlar 18 yaşınadək qayğı ilə əhatə olunaraq yaşayır və 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə, onların kiçik qrup evində yaşamasına icazə verilir. Azərbaycanda Türkiyə modeli tətbiq olunduğundan oğlanlar və qızlar üçün ayrı-ayrılıqda kiçik qrup evləri yaradılır.

Açılışdan sonra isə təhsil naziri M. Cabbarov sakinlərlə görüş keçirib. Nazir Lənkəran Heydər Əliyev Mərkəzində Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad rayonlarından olan sakinləri qəbul edib və müraciətlərini dinləyib. Görüşdə əksər məsələlər yerindəcə həll edilib. Nazirliyin səlahiyyətinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Xəbər lenti
0