09:44 25 Fevral 2018
Canlı yayım
Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması

Formula 1 zamanı rayon maşınlarına məhdudiyyət qoyulacaq?

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
1801

Kamran Əliyev: "Beş tondan yuxarı olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan digər minik avtomobillərinin şəhərə girişinə günün müəyyən vaxtlarında məhdudiyyətlər tətbiq edilir"

BAKI, 10 iyun — Sputnik. Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı rayonlardan paytaxta gələn nəqliyyat vasitələrinə hər hansı bir xüsusi məhdudiyyət qoyulmayacaq. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, rayonlardan gələn nəqliyyat vasitələri ilə bağlı hələ ötən ilin sentyabrından Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizlik komissiyasının müvafiq qərarı var: "Qərara əsasən, 5 tondan yuxarı olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan digər minik avtomobillərinin şəhərə girişinə günün müəyyən vaxtlarında məhdudiyyətlər tətbiq edilir".

K.Əliyev bildirib ki, Formula 1 Avropa Qran Prisi zamanı da bu məhdudiyyətlər olduğu kimi qalacaq, hər hansı xüsusi məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.

Əlaqədar

Bakıya gecə daxil olan rayon maşınlarının hərəkəti sərbəst olacaq
Rayon maşınları Bakının girəcəyində pulsuz duracaqlarda dayanacaqlar
Rayon qeydiyyatında olan avtomobillərinin Bakıya buraxılış saatları dəyişir
Rayon avtomobillərinin Bakıya buraxılış vaxtı oktyabrdan dəyişəcək
Rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyət daimi olacaq
Teqlər:
Kamran Əliyev, Respublika Baş Dövlət Yol Polisi İdarəsi, nəqliyyat, Avropa Qran Prisi, Formula 1, paytaxt, Bakı

Əsas mövzular