CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Formula 1 zamanı rayon maşınlarına məhdudiyyət qoyulacaq?

© Sputnik / Fuad HasanovRayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması
Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əliyev: "Beş tondan yuxarı olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan digər minik avtomobillərinin şəhərə girişinə günün müəyyən vaxtlarında məhdudiyyətlər tətbiq edilir"

BAKI, 10 iyun — Sputnik. Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı rayonlardan paytaxta gələn nəqliyyat vasitələrinə hər hansı bir xüsusi məhdudiyyət qoyulmayacaq. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, rayonlardan gələn nəqliyyat vasitələri ilə bağlı hələ ötən ilin sentyabrından Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizlik komissiyasının müvafiq qərarı var: "Qərara əsasən, 5 tondan yuxarı olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan digər minik avtomobillərinin şəhərə girişinə günün müəyyən vaxtlarında məhdudiyyətlər tətbiq edilir".

K.Əliyev bildirib ki, Formula 1 Avropa Qran Prisi zamanı da bu məhdudiyyətlər olduğu kimi qalacaq, hər hansı xüsusi məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.

Xəbər lenti
0